Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / MTRŞ: “Kabel televiziyalarının qanunsuz fəaliyyəti kütləvi hal alıb”

MTRŞ: “Kabel televiziyalarının qanunsuz fəaliyyəti kütləvi hal alıb”

Sumqayıtda qanunsuz fəaliyyət göstərən bir sıra kabel televiziyalarına qarşı tədbirlər görülüb. Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O qeyd edib ki, Sumqayıtda fəaliyyət göstərən bəzi qanunsuz kabel televiziyaları lisenziya alaraq qanuni fəaliyyətə başlayıb, bəziləri başqa qurumla birləşib, digərləri isə bağlanıb.

MTRŞ sədri bildirib ki, hazırda kabel televiziyalarının qanunsuz fəaliyyəti hazırda kütləvi hal alıb: “Sahibkarlar hər biri öz tikdikləri binada xüsusi cihaz quraşdıraraq bu qanunsuz fəaliyyətlə məşğul olurlar. Amma bunların hamısını müəyyənləşdirmək, bir-bir qapılara gedib soruşmaq o qədər də asan deyil”.

N.Məhərrəmli deyib ki, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi qəbul olunduqdan sonra bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslərə qarşı ciddi tədbirlər görüləcək: “Bilirsiniz ki, “Kabel televiziyaları haqqında” qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsində müzakirə olunub və həmin sənəd qəbul olunduqdan sonra qanunsuz kabel televiziyaları ilə bağlı tədbirlər sərtləşdiriləcək”.

MTRŞ sədri əlavə edib ki, qanunsuz kabel televiziyaları ilə bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyinə də müraciət edilib.

N.Məhərrəmli vurğulayıb ki, əhali də bu istiqamətdə diqqətli olmalı, kabel televiziyalarına qoşularkən onun qanuni olmasını tələb etməlidir.

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …

Bir cavab yazın