Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Siyasət / MTN polkovnikinin məhkəməsində mübahisə: “Onu həbs edin”

MTN polkovnikinin məhkəməsində mübahisə: “Onu həbs edin”

Sahibkara hədə-qorxu gələn MTN polkovniki məhkəmədə zərərçəkmişin həbs edilməsini istəyib.

Musavat.com xəbər verir ki, sahibkarləq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmiş MTN Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Zamin Bank” ASC-nin Nərimanov filialının keçmiş müdiri Qubad Qubadov ifadə verib.

Onun sözlərinə görə, hadisə 2012-ci il aprelin 7-i baş verib

O, qeyd edib ki, şənbə günü olmasına baxmayaraq xaricdən həvalə yolu ilə göndərilən 900 min dollarını qəbul ediblər:

“Həmin vaxt Nəriman adlı müştərimiz Vidadi Əzizovla banka gəlmişdi. Göndərilən pulun 600 min dollarını Nərimanın yanında Vidadi Əzizova verdim. Vidadi də pulu götürərək bankdan çıxdı. Həmin günü qeyri-iş günü olmasına baxmayaraq pul mübadiləsi apardıq. Elə bildik ki, pul bankın müştərisi Nərimanındır. Nəriman bizim bankın daimi müştərisidir. Həmçinin həmin pulu şənbə günləri də günortaya qədər işləyirdik”.

Şahid Qubad Qubadov əlavə edib ki, sonradan Vidadi Əzizovun MTN tərəfindən saxlanıldığını eşidib.

“Elə həmin gün mənə zəng gəldi. Telefonda danışan tanımadığım şəxs özünü MTN əməkdaşı kimi təqdim etdi və bankda qalan məbləğdə pulu da MTN-ə gətirməli olduğumu dedi. Mən həmin pulu da MTN əməkdaşlarına verdim”.

Mirəziz Əsgərov isə bildirib ki, Vidadi Əzizovun barəsində həmin il MTN-də kifayət qədər materiallar toplanıb.

Onun sözlərinə görə, Vidadi Əzizovun barəsində MTN-də 7 cinayət işi olub.

Polkovnik Mirəziz Əsgərov Vidadi Əzizovun barəsində olan siqnal materialların işə əlavə edilməsini istəyib. Prosesin davamında hakim isə bu məsələyə münasibət bildirməyib.

Zərərçəkmiş Vidadi Əzizov ləğv edilmiş MTN-də quldur dəstəsinin toplaşdığını deyib.

Bu sözlərə əsəbiləşən Mirəziz Əsgərov deyib ki, MTN-də çalışanlar dövlətə xidmət edən şəxslər olub.

“İndi burada bizi mühakimə edirlər. Vidadi Əzizov kimilər isə bizim kimi vətənə xidmət edənləri ittiham edir. Əslində onun özünü həbs etmək lazımdır. Mən o vaxtı səhv edərək Vidadi Əzizovu sərbəst buraxmışam. Hörmətli hakim, prokuror, mənim səhvimi təkrarlamayın, Vidadi Əzizov cinayətkardır, onu həbs edin”- deyə zərərçəkmiş bildirib.

Bu çıxışdan sonra prosesdə zərərçəkmişlə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib.

Növbəti məhkəmə prosesi iyunun 23-nə təyin edilib.

Həmçinin oxuyun

İSBAM-da yeni təyinatlar olub

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli tərəfindən yeni təyinatlarla bağlı əmr imzalanıb.Qurumdan Azinforum.az-a …

Bir cavab yazın