Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / MTN polkovniki İlqar Əliyev dəfn edildi – FOTOLAR

MTN polkovniki İlqar Əliyev dəfn edildi – FOTOLAR

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyev “Qurd qapısı” qəbrustanlığında dəfn edilib.
Musavat.com xəbər verir ki, İ.Əliyev saat 13 radələrində torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun atası Mustafa Əliyev və yaxınları iştirak edib.
İ.Əliyevin dəfni zamanı çəkilişə icazə verilməyib.
Xatırladaq ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.
İlqar Əliyev əslən Göyçay rayonundan idi.



Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın