Ana səhifə / Siyasət / MTN-nin xidməti evinin yerində tikilən villa satıldı – Keçmiş məmurun 80 min dollarlıq alqı-satqısı etiraz doğurdu (FOTO)

MTN-nin xidməti evinin yerində tikilən villa satıldı – Keçmiş məmurun 80 min dollarlıq alqı-satqısı etiraz doğurdu (FOTO)

Salyan Telekommunikasiya Qoşağının sabiq rəisi, keçmiş başçı Tahir Kərimovun yaxın qohumu Faiq Nəcəfov işdən çıxarıldıqdan sonra rayondakı villasını satıb.

Mia.az xəbər verir ki, bu barədə «Demokratiyaya Yardım» İctimai Birliyinin sədri Emil Məmmədovməlumat verib.

Onun sözlərinə görə, Faiq Nəcəfov rayondakı villalsını bu günllərdə 80 min dollara satıb:

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun yaxın adamı, Salyan Telekommunikasiya Qoşağının sabiq rəisi, keçmiş başçı Tahir Kərimovun “qara kassası” olaraq salyanlılara qan uddurmuş, idarə müdirlərini sələm altında indiyədək inildədən və vəzifəsindən azad olunduqdan sonra Salyandan dabanına tüpürərək qaçmış Faiq Nəcəfov villasını, nəhayət, satdı.

O, Salyan şəhərinin mərkəzində, qeyri -qanuni olaraq keçmiş MTN-nin xidməti evini sökdürərək yerində tikdirdiyi villanı 80 min dollara satdı.

Mənə maraqlıdır, bəs deyirlər ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş işçilərinin əmlakına həbs qoyulub? Qoyulubsa, bu adam qanunsuz tikdirdiyi villasını necə satdı?”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın