Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / MTN-nin Akademiyasının rəisi Ziya Yusif-zadə vəfat edib

MTN-nin Akademiyasının rəisi Ziya Yusif-zadə vəfat edib

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə vəfat edib.

APA-nın xəbərinə görə, Ziya Yusif-zadə ilə vida mərasimi MTN-nin Mədəniyyət Mərkəzində keçiriləcək. Mərhum bu gün II Fəxri xiyabanda dəfn olunacaq. Yas mərasimi Təzəpir məscidində keçiriləcək.

Qeyd edək ki, Ziya Yusifzadə 15 fevral 1929-cu ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub. 1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.

1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunub. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini, 1980-1988-ci illərdə isə DTK-nın sədri vəzifəsində çalışıb.

1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb. 1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri işləyib, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.

1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası”>Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” (2004) və “Şöhrət” ordenləri (2009) ilə təltif olunub.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın