Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Siyasət / MTN-də saxlanılan Rauf Mirqədirovdan xəbər var

MTN-də saxlanılan Rauf Mirqədirovdan xəbər var

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirovla görüşüblər.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, R. Mirqədirovun saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur: “Bildirdi ki, təzyiqi var. Lakin həkimlər hər gün ona dərman verirlər və nəzarət edirlər. Hər hansı şikayəti yoxdur. İdmanla məşğul olur”.
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

 

Həmçinin oxuyun

İsa Qəmbər Fuad Qəhrəmanlının əməlini tənqid etdi

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Yurd” sədrinin müavini vəzifəsindən istefa verən Fuad Qəhrəmanlının …

Bir cavab yazın