Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / MTN-də saxlanılan Rauf Mirqədirov və Arif Yunusla görüş keçirilib

MTN-də saxlanılan Rauf Mirqədirov və Arif Yunusla görüş keçirilib

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən  verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Həmin müəssisədə saxlanılan şəxslərdən Rauf Mirqədirov, Arif Yunusov və digərlər ilə təkbətək qaydada görüş keçirilib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlanılma şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməmiş, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın