Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / MSK: Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik

MSK: Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik

“Seçki prosesi düzgün məcrada davam edir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

R. Qasımov deyib ki, sosial şəbəkələrdə yayılan görüntülərə baxılır: “Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik. Sosial şəbəkələrdə seçkilərlə bağlı neqativ və ya pozitiv məlumatların yayılması seçkinin şəffaflığını göstərir”.

R. Qasımov qeyd edib ki, ideal seçki gözləmək mümkün deyil: “Neqativ halların olması normaldır. Şəffaflıq prosesin açıq olmasının birinci göstəricisidir. Seçki prosesi hazırda kifayət qədər açıqdır. Cəmiyyətin seçkiyə həddindən artıq marağı var”.

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …