Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / MSK sədri başını şüşə qapıya çırpdı, xəsarət aldı – Oteldə olay (FOTO)

MSK sədri başını şüşə qapıya çırpdı, xəsarət aldı – Oteldə olay (FOTO)

MSK sədri, professor Məzahir Pənahov bu gün səhər saatlarında ciddi bir qəza keçirdib.

Azinforum.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə şahidlərinin deməsinə görə, tədbir üçün “Bakı Bulvar” hotelinə gələn MSK sədri dalğınlığı üzündən özünü açıq bildiyi şüşə qapıya çırpıb.

Bu zaman onun baş nahiyəsi bərk şəkildə şüşə qapıya dəyib, nəticədə alnının sol tərəfi gözlə görünən şəkildə zədə alıb. 

Tədbirdə iştirak edən musavat.com müxbiri deyib ki, professor M. Pənahov giriş nitqində və daha sonra müşavirəni apararkən nitqindəki qırıqlıq və buraxdığı səhvlərlə hər kəsi heyrətləndirib…

İndi məlum olur ki, adətən səlis danışan, nitqində səhvlər buraxmayan MSK sədri müşavirədən cəmisi bir neçə dəqiqə əvvəl qəza ilə başını şüşə qapıya çırpıbmış. Aldığı sarsıdıcı zərbəyə baxmayaraq, MSK sədri seminar-müşavirənin işində sona qədər iştirak edib.     

Xatırladaq ki, bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın