Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Siyasət / MSK müşahidəçilərin sayını açıqlayıb

MSK müşahidəçilərin sayını açıqlayıb

Azərbaycanda 7 fevral bövbədənkənar Prezident seçkisini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.

Bu barədə yanvarın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, indiyədək 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib:

“Onlardan 400-ü beynəlxalq müşahidəçidir”.

MSK sədri “exit-poll”un keçirilməsi üçün 3 təşkilatın müraciət etdiyini və yaxın günlərdə bunlara baxılacağını söyləyib.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, deputatlar Fazil MustafaZahid OrucQüdrət HəsənquliyevRazi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCPMüsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Həmçinin oxuyun

“Almaniya mətbuatında Azərbaycan diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir” – PREZİDENT

“Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm …