Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / MSK: Maraqlı şəxslər müraciət edib, namizədlərin sənədləri ilə tanış ola bilər

MSK: Maraqlı şəxslər müraciət edib, namizədlərin sənədləri ilə tanış ola bilər

“Bildiyiniz kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən namizədlərin sənədlərinə baxılması hər zaman şəffaf şəkildə həyata keçirilir. Hazırda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün seçici imzaları toplanmış imza vərəqələri və digər sənədlərə Mərkəzi Seçki Komissiyasında İşçi Qrupu tərəfindən baxılır” .

Bunu APA-nın sualını cavablandıran Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

Ş. Əsədli deyib ki, bütün bu proseslər tam şəffaf şəkildə aparılır: “Hər zaman MSK sədrinin iclasda bəyan etdiyi kimi, maraqlı şəxslər müraciət edib, proseslə yaxından tanış ola bilərlər”.

Həmçinin oxuyun

Şimali Kipr Respublikasında Qarabağa dəstək mitinqi keçirilib –FOTO

Şimali Kipr Respublikasının Girnə şəhərində Azərbaycana dəstək vermək məqsədi ilə “Bir millət 3 dövlət” adlı …