Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / MSK bu gün 10 məntəqənin nəticələrini ləğv edib

MSK bu gün 10 məntəqənin nəticələrini ləğv edib

Fevralın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə komissiyanın 10 fevral 2020-ci il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə MSK-ya daxil olan müraciətlərə baxılıb. Komissiya apardığı geniş, hərtərəfli və şəffaf araşdırma prosesi istiqamətindəki qəti mövqeyinə sadiq qalaraq, təqdim olunan əlavə görüntüləri birbaşa iclasın gedişində nümayiş etdirib və aparılan müzakirələrin ardınca seçki qanunvericiliyinin tələblərinə uyğun qərarlar qəbul edib.

Qeyd etmək lazımdır ki, sosial şəbəkələr də daxil olmaqla müxtəlif mənbələrdən olan məlumatların araşdırılması və müraciətlərə baxılması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən hallar və digər qanunazidd hərəkətlər nəzərə alınaraq, 30 saylı Suraxanı birinci seçki dairəsinin 1, 12, 14, 16 və 18, 47 saylı Mingəçevir seçki dairəsinin 9, 17 və 21, habelə 90 saylı Ağdaş seçki dairəsinin 6 və 7 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri ləğv olunub.

Beynəlxalq müşahidə missiyalarının, xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Həmçinin oxuyun

Əli Kərimli: “Məğlub olan düşmən gücünü dinc əhalini qətliama məruz qoymaqla göstərmək istəyir”

“Terrorçu Ermənistanın bu gün Bərdədə törətdiyi cinayət nəticəsində indiyədək olan məlumata görə, 21 nəfər dinc …