Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / MSK: Bələdiyyə seçkilərində seçici fəallığı 32,72 faiz olub

MSK: Bələdiyyə seçkilərində seçici fəallığı 32,72 faiz olub

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığını açıqlayıb.

APA-nın məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32,72 faiz olub.

Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə prosesinə bu gün saat 08:00-da start verilib və seçkilər saat 19:00-da başa çatıb.

Səsvermənin gedişi və nəticələri barədə məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Həmçinin oxuyun

“Azərbaycan bu gün artıq siyasi şahmat taxtasında piyada deyil, eləmi?” –“Əlbəttə!..”

“Cəbhədəki yeni uğurlar münasibəti ilə dövlətimizi, xalqımızı təbrik edirəm. İşğalçı ermənilərin burnunu axıra kimi ovmaq …