Ana səhifə / Siyasət / MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına alınan 26 siyasi partiya mövcuddur.
MSK-nın bir il əvvəl üçün açıqladığı məlumatda dövlət qeydiyyatına alınan partiyaların sayı 59 olaraq göstərilib.
MSK-nın məlumatlarından belə görünür ki, son bir ildə ölkədə 33 siyasi partiya ləğv olunub.
Adı 2022-ci ildə siyahıda yer alan, lakin 2023-cü ilin siyahısından çıxarılan partiyalardan birinin – Azadlıq Partiyasının sədri Əhməd Oruc Yeniavaz.com-a verdiyi açıqlamada bildirir ki, onların partiyası ləğv olunmayıb:
“Siyasi partiyaların bağlanması 2 cür ola bilər. Ya ləğv olunmalıdır, ya da buraxılmalıdır. Biz partiyanı buraxmamışıq. Partiyanın ləğv olunması ilə bağlı bizə nə məhkmədən, nə də Ədliyyə Nazirliyindən bir məlumat verilməyib. Ona görə də Azadlıq Partiyası qanuni fəaliyyət göstərən partiyadır”.

Əhməd Oruc

Məsələ ilə bağlı MSK-dan məlumat almaq istəsək də, qurumun mətbuat xidmətindən zənglərimizə cavab verən olmadı.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …