Ana səhifə / Siyasət / “Mothercare”də endirim fırıldağı – Foto

“Mothercare”də endirim fırıldağı – Foto

Bakıda fəaliyyət göstərən məşhur “Mothercare” mağazasının endirimləri müştəriləri çaş-baş salıb.

Qafqazinfo” xəbər verir ki, bu dəfə endirimlərdən şikayətçi olan şəxs “Mothercare”nin alıcısı Nəsrin Dadaşovadır.

Müştəri yazır: ““Mothercare Azerbaijan” 50% endirim elan edib. Aldığım mal 50 faiz endirimdə idi. Ən üstdəki etiketdə 32.20 AZN normal qiyməti və endirimi ilə 16.10 AZN olub. Etiketi evdə qopardıqda altındakı qiyməti gördüm. Deməli, məhsul 24.00 AZN olub əvvəl və 30% endirimlə 16.80 AZN-ə düşüb. Elə bunu düzgün 30% adıyla satın da…”

Nəsrin Dadaşovanın iddialarından belə nəticə çıxır ki, mağaza malın qiymətini süni şəkildə şişirdib və növbəti “endirim”i edib.

 

“Mothercare”də endirim fırıldağı -  Foto

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın