Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / “Moskvanın adamı” könüllülər dəstəsi ilə Qarabağa gəldi

“Moskvanın adamı” könüllülər dəstəsi ilə Qarabağa gəldi

Ermənistanın “Vətən” partiyasının könüllülərindən ibarət bir dəstə artıq Qarabağa gəlib. 
Bu barədə işğalçı ölkənin “Hraparak” qəzeti yazıb.
Məlumata görə, dəstəyə Qarabağda müharibə başlamamışdan öncə Rusiyanın bəzi hakim dairələrinin Paşinyanın yerinə iqtidara gətirməyə çalışdığı deyilən Ermənistan milli təhlükəsizlik xidmətini keçmiş rəhbəri general Artur Vanetsyan özü komandirlik edir.
“A.Vanetsyan sürpriz bir hücum halında hamısının düşmənin hədəfinə çevrilə bilməməsi üçün əvvəlcədən könüllüləri bir neçə qrupa bölüb.  Dəstə tam silahlanmış vəziyyətdədir və geyimdən qidaya qədər hər şeylə təmin edilib. Bütün könüllülər Azərbaycan ordusunun onların yerini müəyyən edə bilməmələri məqsədilə mobil telefonlarını Ermənistanda qoyub gəliblər”- erməni qəzeti belə yazır.
Xatırladaq ki,  A.Vanetsyan 2019-cu ilin yanvarında MTX direkroru kimi Azərbaycanın işğal altındakı Arazboyu ərazilərinə gəlmiş və həmin torpaqların ermənilərlə məskunlaşdırılmasının, burada böyük bir şəhər salınmasının vacibliyini vurğulamışdı…  Moderator.az 

Həmçinin oxuyun

Azərbaycanı dəstəkləyən görünməz güc – TƏHLİL

“Prezident Əliyevin geosiyasi məharəti və bacarığı məhz bundan ibarət oldu ki, mürəkkəb geosiyasi oyunda Azərbaycanın …