Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Moskvadakı hərbi paradda hərbçilərimiz “Aztex” avtomatı ilə keçid edəcək — VİDEO

Moskvadakı hərbi paradda hərbçilərimiz “Aztex” avtomatı ilə keçid edəcək — VİDEO

İyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti bu gün Moskva şəhərinə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakıda yekunlaşan hazırlıq məşqlərini Azərbaycan Ordusunun hərbi qulluqçuları digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirəcəklər.

“AzeriDefence”in məlumatına görə, hərbi paradda Azərbaycan hərbçiləri ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi edəcəklər.

Müdafiə Nazirliyinin yayımladığı videodan göründüyü qədər Azərbaycan hərbçiləri yerli müəssisədə yığılmış AR-15 “Aztex” avtomatı ilə silahlanmış şəkildə keçid edəcəklər.

“Aztex” avtomatı Amerikanın məşhur M-4 avtomatının dizaynına əsaslanır. Bundan əvvəl Azərbaycan Ordusunun şəxsi heyəti 2018-ci ildə Bakı şəhərində keçirilmiş hərbi paradlarda bu silahla keçid edib.

Həmçinin oxuyun

“Azərbaycan bu gün artıq siyasi şahmat taxtasında piyada deyil, eləmi?” –“Əlbəttə!..”

“Cəbhədəki yeni uğurlar münasibəti ilə dövlətimizi, xalqımızı təbrik edirəm. İşğalçı ermənilərin burnunu axıra kimi ovmaq …