Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək

Oktyabrın 22-23-də Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunan vokalçıların beynəlxalq müsabiqəsi keçiriləcək.
Müsabiqədə 19 ölkənin, o cümlədən Azərbaycan, Xorvatiya, Misir, Çin, Monqolustan, Ukrayna və Rusiya nümayəndələri mübarizə aparacaq.
Mükafat məbləği Qran-Pri üzrə 35 min dollar, birinci yer üzrə 25 min, ikinci yer üzrə 20 min, üçüncü yer üzrə isə 10 min dollar təşkil edir.
Münsiflər heyətinə Müslüm Maqomayev fondunun sədri Tamara Sinyavskaya, iş adamı Araz Ağalarov, müğənni Larisa Dolina, pianoçu Fərhad Bədəlbəyli və başqaları daxildir.(apa)

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın