Bazar ertəsi , Avqust 10 2020
Ana səhifə / Siyasət / Moskvada azərbaycanlılar Fuad Abbasova görə aksiya keçirdi

Moskvada azərbaycanlılar Fuad Abbasova görə aksiya keçirdi

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılar bu ölkədə həbsdə olan jurnalist Fuad Abbasovla bağlı Arbitiraj Məhkəməsinin qarşısında aksiya keçiriblər.
S
oydaşlarımız aksiyaya Fuad Abbasovun fotoları ilə qatılıblar.
Rusiyada Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təsiscilərindən olan Ramiz Mikayılov “Report”un yerli bürosuna açıqlamasında aksiyaya qoşulmağın məqsədindən danışıb.
“Məqsədimiz Rusiyada həbsdə saxlanılan azərbaycanlı jurnalist barədə səsimizi bu ölkənin içtimaiyyətinə çatdırmaq və Fuad Abbasovun Azərbaycana göndərilməsini tələb etməkdən ibarətdir” – deyə o bildirib.
Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər. (Report)

Həmçinin oxuyun

İsraildə Azərbaycana dəstək aksiyası keçirilir

İsrailin Tel-Əviv Yafo şəhərində müstəqil dövlətimizə və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçirilir.  Aksiya “İsraildəki …