Şənbə , Dekabr 4 2021
Ana səhifə / Siyasət / “Moskva Azərbaycan və Ermənistanla münasibətlərdə monopoliya iddiasında deyil”

“Moskva Azərbaycan və Ermənistanla münasibətlərdə monopoliya iddiasında deyil”

“Rusiya tərəfi Ermənistan və Azərbaycanla münasibətlərdə monopoliya iddiasında deyil, baxmayaraq ki, bizi bu ölkələr və xalqlarla sıx dostluq və bütün sahələrdə geniş miqyaslı tərəfdaşlıq bağlayır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı yaydığı açıqlamada deyilir.

Qeyd olunur ki, Moskvanın təşəbbüsü ilə irəli sürülən bütün üçtərəfli sənədlər və mexanizmlər tərəflərin üzərinə qoyulmayıb, onlar Bakı və İrəvanın suverenliyinə və maraqlarına son dərəcədə hörmətli münasibəti nəzərdə tutan yoxlanılmış maraqlar balansına əsaslanıb.

“Biz bir sıra təşəbbüslərimizlə razılaşa bilmədik və bu, normaldır. Amma artıq təsdiqlənmiş razılaşma, necə deyərlər, əzab-əziyyətlə əldə olunub və praktikada effektiv şəkildə həyata keçirilir”, – məlumatda deyilir.

Həmçinin oxuyun

Təbriz Musayev: “Vəziyyəti siyasi yollarla Ermənistanın xeyrinə dəyişmək istəyirlər”

Avropa Parlamentində (AP) ATƏT-in nazirlər konfransı çərçivəsində müzakirələr keçirilib. Avropa millət vəkilləri parlament müzakirəsinə Avropa …