Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Siyasət / Monteneqroda “Bakı” küçəsinin açılışı olub

Monteneqroda “Bakı” küçəsinin açılışı olub

Monteneqronun paytaxtı Podqoritsa şəhərində genişləndirilmiş və tamamilə yenidən qurulmuş “Bakı” küçəsinin açılışı olub.

Bu barədə Azərbaycanın Monteneqrodakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, açılışda Podqoritsa bələdiyyəsinin sədri İvan Vukoviç, bələdiyyə üzvləri, Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinin diplomatları, Monteneqro parlamentinin deputatları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən İ.Vukoviç şəhərin mərkəzində yerləşən və mühüm qovşaqlarını birbaşa əlaqələndirəcək küçənin dost Azərbaycanın paytaxtının adını daşıması onda xüsusi məmnunluq hissi yaratdığını bildirib.

Mərasimdə çıxış edən nümayəndəliyin müşaviri Mahir Cəfərov bələdiyyə sədrinə, bələdiyyə üzvlərinə, layihənin müvəffəqiyyətlə yerinə yetirilməsində rolu olan hər kəsə minnətdarlığını bildirib.

Son illərdə Azərbaycan ilə Monteneqro arasında münasibətlərin dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirən müşavir siyasi, iqtisadi və mədəni sahələrdə hər iki ölkə tərəfindən qarşılıqlı faydalı əməkdaşlıqda mütərəqqi addımlar atıldığını söyləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli dinamik inkişafından bəhs edən nümayəndəliyin müşaviri bunun bariz nümunəsi kimi, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının bu gün multikulturalizm və tolerantlıq mərkəzinə çevrildiyini qeyd edib. Şəhərin mərkəzində yerləşən və “Bakı” adını daşıyan bu yeni küçənin ərsəyə gəlməsində hər kəsə bir daha minnətdarlığını bildirən müşavir bu layihənin xalqlarımızın səmimi dostluq, mehriban münasibətlərinin simvollarından birinə çevriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, “Bakı” küçəsinin uzunluğu 595 metr təşkil edir və o şəhərin iki mühüm prospektlərini – “Mixail Laliç” və “Çetinski Put”u (paytaxta əsas giriş prospekti) birləşdirir.

Həmçinin oxuyun

“Əli Həsənov Ramiz Mehdiyevin tör-töküntüsü və “otxod”u olub” – Partiya sədri

Bu gün sosial şəbəkədə Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənovun adının hərbi xidmətdə …