Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Moldovalılar Bakıdakı stadionu erməniəsilli məkan kimi təqdim etdi

Moldovalılar Bakıdakı stadionu erməniəsilli məkan kimi təqdim etdi

“Kəpəz” klubu Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Moldova “Daçiya”sının rəsmi saytında yer alan məlumatlarla bağlı etirazını bildirib. “Qafqazinfo” xəbər verir ki, Moldova klubunun rəsmi saytı oyunun keçiriləcəyi “Dalğa Arena”nın yerləşdiyi Mərdəkanı qəsəbəsini erməniəsilli məkan kimi təqdim edib.

Yazıda bildirilir ki, “Dalğa Arena” Bakıdan 34 km aralıda “erməni adı olan “Makrudyan” qəsəbəsi”ndə yerləşir: “Amma burada ermənilərə aid heç nə yoxdur. Sakinlər isə Qafqaz farslarının davamçıları olan tatlardan ibarətdir”.

Bundan başqa baş məşqçi Oleq Bejenar oyunöncəsi mətbuat konfransında səhvən Azərbaycanı Özbəkistan kimi tələffüz edib və dərhal səhvini düzəldib.

Gəncə təmsilçisi məsələ ilə bağlı narazılığını ifadə edib və qarşı tərəfə məktub göndərib.

Qeyd edək ki, “Kəpəz” – “Daçiya” oyunu saat 20:00-da start götürəcək.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın