Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Möhtəşəm 100 gün” lotereyasının qalibləri məlum oldu

“Möhtəşəm 100 gün” lotereyasının qalibləri məlum oldu

01.10.2016-08.01.2017-ci il tarixlarini əhatə edən “Araz” və “Spar” Supermarketlər Şəbəkəsinin öz müştəriləri üçün təşkil etdiyi “Möhtəşəm 100 gün” adlı stimullaşdırıcı lotereyanın qalibləri 14 yanvar 2017-ci il tarixində məlum olub. Paytaxtın Alov qüllələr kompleksində, “Fairmont” otelində möhtəşəm final mərhələsi keçirilib. Lotareya canlı şəkildə Araz Supermarketlər Şəbəkəsinin rəsmi youtube kanalında və facebook səhifəsində yayımlanıb.

Uduş fonduna görə öz sektorunda bir ilkə imza atan “Araz” və “SPAR” Supermarketlər Şəbəkəsi bu dəfəki lotereyaya 305 hədiyyə daxil etmişdi. Lotereyada “Kristal Abşeron”dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd KİA Rio, 1 ədəd KİA Sorento avtomobili, Türk Hava Yollarından 10 ədəd Bakı-İstanbul-Bakı aviabileti, Dost Tech mağazalar şəbəkəsindən 290 ədəd irili və xırdalı məişət texnikası – 10 ədəd soyuducu, 20 ədəd paltaryuyan maşın, 20 ədəd televizor, 20 ədəd noutbuk, 30 ədəd planşet, 60 ədəd tozsoran, 60 ədəd ətçəkən maşın, 70 ədəd şirəçəkən maşın –  şanslı müştərilər tərəfindən qazanıldı.

Yüzlərlə müştəri lotareyanın gedişatını izləmək və qalib olmaq arzusu ilə “Fairmont” otelinə gəlmişdi. Lotereya kampaniyasının siması, sevilən aktyor Fərda Xudaverdiyevin aparıcısı olduğu tədbirdə tanınmış müğənnilər də çıxış edib.

Uduşlu tirajda Dadaşov Eldar İsmət oğlu “Kristal Abşeron”dan 2 otaqlı tam təmirli mənzil, Ələkbərova Fəridə Fərid qızı KİA Motors-dan KİA Sorento, Əlizadə Afaq Zaman qızı, Axundov Mehman Firudin oğlu, Əhmədova Sevər Əhməd qızı KİA Motors-dan KİA Rio qazandı.

Canlı yayımda böyük hədiyyələri qazanan müştərilərlə əlaqə saxlanılaraq onlara “Araz” və “Spar” supermarketlərinin stimullaşdırıcı lotereyasının qalibləri olduqları xəbəri verilib. Telefonda qalib olmaları xəbərini eşidən müştərilərin sevinclərinin həddi-hüdudu olmayıb.

Qeyd edək ki, lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə “Araz” Supermarketlərində yerləşdirilən lotereya qutuları möhürlü şəkildə xüsusi çəkiliş qrupu və komissiyanın müşayəti ilə “Fairmont” otelinə gətirilmiş və lototrona boşaldılmışdı. “Möhtəşəm 100 gün” lotereyasının şərtlərinə görə “Araz” və “Spar” Supermarketlər şəbəkəsindən 01.10.2016 – 08.01.2017-ci il tarixlərində hər 20 manatlıq alış-veriş edən bonuskartlı müştəri bir ədəd kupon-lorereya qazanırdı.

Lotereya çəkilişində qalib olan müştərilərin siyahısı www.arazmarket.az saytında və “Araz” və “Spar” Supermarketlər Şəbəkəsinin rəsmi facebook səhifəsində yayımlanıb.

 

“Möhtəşəm 100 gün” lotereyasının qalibləri məlum oldu
“Möhtəşəm 100 gün” lotereyasının qalibləri məlum oldu
“Möhtəşəm 100 gün” lotereyasının qalibləri məlum oldu
“Möhtəşəm 100 gün” lotereyasının qalibləri məlum oldu
“Möhtəşəm 100 gün” lotereyasının qalibləri məlum oldu

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın