Şənbə , May 21 2022
Ana səhifə / Siyasət / Mixail Zabelin: “Rusiya ilə bağlı bəyanatlarımızda məsuliyyətli olmalıyıq”

Mixail Zabelin: “Rusiya ilə bağlı bəyanatlarımızda məsuliyyətli olmalıyıq”

“Mən 1990-1991-ci illərdə Qarabağda-Xankəndidə və Şuşada olmuşam, ərazi bütövlüyünü müdafiə etmişəm. 44 günlük Vətən müharibəsi illərində dövlətimizin müdafiəsi ilə bağlı mətbuatda çıxış etmişəm”.

Bunu Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin deyib.

Deputat qeyd edib ki, Vətən müharibəsində əsgərlər üçün yardımların toplanmasında, dəstək tədbirlərində aktiv iştirak edib: “Rusiya ilə bağlı mövqeyimə gəlincə, müttəfiqlik müqaviləsini imzalayan Azərbaycan Prezidentinin addımını tam dəstəkləyirəm. Hesab edirəm ki, mövcud vəziyyəti nəzərə alaraq, bəyanatlarımızda da məsuliyyətli olmalıyıq. Ukraynada qohumlarım var, əhalinin hakimiyyətə münasibəti fərqlidir”.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yaxşı olardı ki, Elmira Axundova bu yanlışı düzəltsin və təkzib versin”

Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu …