Ana səhifə / Siyasət / Mixail Leontyev: “Ermənilər, qardaş Azərbaycan xalqı ilə münasibətlərimizi korlamağa son qoyun”

Mixail Leontyev: “Ermənilər, qardaş Azərbaycan xalqı ilə münasibətlərimizi korlamağa son qoyun”

Ermənistan tarixi, siyasi, fiziki və maddi cəhətdən Rusiya üçün yükdür.

Trend-in məlumatına görə, bunu “Komsomolskaya Pravda” radiostansiyasının efirində tanınmış rusiyalı jurnalist və teleaparıcı, “Rosneft” şirkətinin vitse-prezidenti və mətbuat katibi Mixail Leontyev bildirib.

M.Leontyev deyib: “Bu yük əvvəldən var. Əgər onlar ayrılmaq istəyirlərsə, onda gəlin hər şeyə son qoyaq. Onlar hazırda son bəyanatına kimi, hansı ki digər bəyanatlarının əksidir, siyasi karyerasını ayrılmaq məsələsi üzərində quran adam üçün mitinq keçirirlər. Bu, onun siyasi nümayişlərinin əsas mənası idi. Əgər onlar ayrılmaq istəyirlərsə, onda buyursunlar və qardaş Azərbaycan xalqı ilə münasibətlərimizi korlamağa son qoysunlar”.

Onun sözlərinə görə, Rusiya özü Ermənistanı satmayacaq: “Biz özümüz bunu heç vaxt etməyəcəyik. Çünki biz satqın deyilik. Siz bizdən başqa heç kimə lazım deyilsiz. Bizim dəstəyimiz və mövcudluğumuz hesabına mövcud olan millət bizi satqınlıqla şantaj etməyə hüququ yoxdur. Əgər kimsə balaca ağzını açıb belə bir şey söyləyəcəksə, onda o, bu faktı başa düşməlidir ki, onların belə haqqı yoxdur. Biz olmasaydıq, fiziki cəhətdən nə bir erməni olardı, nə də Ermənistan. Təbiətdə erməni olmazdı, ola bilməzdi”.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …