Ana səhifə / Siyasət / “Mitinqə maska taxıb gedəcəyəm” – Partiya sədri

“Mitinqə maska taxıb gedəcəyəm” – Partiya sədri

“Milli Şuranın mitinqində maska geyinib iştirak edəcəyəm. Partiya üzvləri çox tanınmır, əsas tanınan sima mənəm, ona görə də mitinqdə maska geyinəcəm”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri Milli Şuranın 5 aprel mitinqinə maska ilə gedəcəyini deyib: “Milli Şuranın mitinqlərində neçə nəfərin iştirak etdiyi ilə bağlı hərə bir rəqəm deyir, mən öz gözümlə görmək istəyirəm ki, neçə nəfər iştirak edir. Ona əsasən da onlarla mübarizə üsulumuzu müəyyən edək. Lazım gəlsə, lap onlarla əlbəyaxa davaya da çıxa bilərik. Mən imkan vermərəm ki, ermənilərdən təlimat almış şəxslər Azərbaycan dövlətçiliyinə ziyan vursun”.

H.Hacıyev hesab edir ki, mitinqin təşkili barədə sifariş xaricdən gəlib: “Müxalifətin mitinqinin ardıcıl olacağı barədə çirkin fikirlər səslənir. Onlara Avropadan hazır konvert gəlib ki, hansı tədbirlər, hansı işlər görülməlidir. Onlar may-iyun aylarında Azərbaycanda Ukraynadakı “Maydan” hərəkatının oxşarını yaratmaq istəyir. Düşünürəm ki, buna qismən də olsa nail olmaqdadırlar. Cəmil Həsənli ilə Əli Kərimli özləri çox da bu istəkdə olmasalar da, onlar artıq bu tapşırıqları etməyə məcburdurlar”.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın