Bazar , Sentyabr 22 2019
Ana səhifə / Siyasət / Misir Osmanlı ilə 113 il öncəki anlaşmanı niyə pozdu?

Misir Osmanlı ilə 113 il öncəki anlaşmanı niyə pozdu?

Misir hökuməti ötən ay Cənubi Sinay yarımadasında yerləşən Talabin kəndindəki bədəvi evlərini yerlə-yeksan edib. Bu barədə “Midl İst Monitor” nəşrində Amelia Smitin imzası ilə məqalə dərc edilib. 

Məqalədə bədəvilərə siyasi təzyiq edildiyi və bunun sistematik formada olduğunu bildirilib. Qeyd edilir ki, bədəvilərə təzyiq Əbdülfəttah Sisinin prezident olmasından sonra daha da şiddətli xarakter alıb. Bölgədəki mülklərlə bağlı məhdudiyyətlər tətbiq edilib. Yarımadadakı şirkətlərə bu ilin sentyabr ayına qədər vaxt verilib. Əgər bölgədəki şirkətlər yarımadanı tərk etməsə, bu, işğal hesab ediləcək. Yarımadadakı misirlilərə toxunulmayacaq. Bədəvilərin vətəndaşlığı olmadığı üçün onların haradan gəldiyini təsdiqləmək mümkünsüz görünür.

Qeyd edək ki, Qahirənin bu siyasəti Osmanlı-Misir razılaşmasına ziddir. 1906-cı ildə Misirlə Osmanlı arasında əldə edilən razılaşmanın 8-ci maddəsinə əsasən, sözügedən bölgədə hər iki tərəfdə yaşayan ərəblər suyu, tarlaları, torpaq üzərindəki mülkiyyəti əldə saxlamalı idilər. Bundan başqa, Qahirənin bu siyasəti Yerli və Qəbilə haqqında imzalanan Konvensiyanı da pozur. Məqalədə qeyd edilir ki, Misir hökuməti hər zaman bədəvilərin sədaqətinə şübhə edib. Bu şübhə ilə Misir ordusunun əməliyyatının başlanmasının ilk 3 ayı ərzində 3 min ev yerlə-yeksan edilib. Misir ordusuna İsrailin də yardım etdiyi vurğulanıb. 1979-cu ildə İsrail-Misir arasında əldə edilən razılaşmaya görə də Sinay yarımadası əslində silahsızlaşdırılmış və ordunun məhdud sayda saxlanılacağı bölgə olmalı idi. Ancaq hazırda hər yerdə Misir ordusu qərarlaşıb. 

Xarici saytların yazdığına görə, ölkə qanununda yalnız valideynləri misirli olan  misirlilər torpaq sahibi ola bilər. Bədəvi ərəblərin isə doğum şəhadətnamələri, kimliklərini təsdiq edən sənədlər olmadığı üçün valideynlərinin haralı olduğunu  sübut etmək mümkün deyil. Subüt ütsələr belə torpağı qeydiyyata aldırmaq asan məsələ deyil, vəkil üçün, rəsmi rüsumlar və digər əməliyyatlar üçün böyük məbləğdə vəsaitə ehtiyac var. Bu yollarla minlərlə bədəvinin torpağı , tarlası əlindən alınır. Tarabində olduğu kimi ailələr onillərlə işlədiyi torpaq, əkin sahəsi və evlər  bir neçə saata məhv edilir. Söküntülər əsasən Şimali Sinayda baş verir. Savarka, Remikat və Tarabinin böyük qəbilələrinin yaşadığı yerlərdə evlər dağıdılır. Misir hökuməti tərəfindən evi dağıdılmış Şimali Sinay jurnalisti Massaad Abu Fajr uzun müddətdir ki, mərkəzi hökumətdən onun hüquqlarına hörmət etməsini xahiş edir. Bu səbəblə Sinay sakinləri 2007-ci ildə “Yaşamaq istəyirik” adlı  hərəkat qurublar. Lakin hökumət tələblərə cavab vermək əvəzinə hərəkatın bir neçə tanınmış üzvünü həbs edib.

Hökumət isə Sinayda terrorizmlə mübarizəni həyata keçirdiyini bildirir, lakin 2018-ci ildə Təhrir İnstitutunun hesabatında Sinayda minə yaxın silahlısının olduğu bildirilir. Lakin bu müddət ərzində yarımadadan 100 min insan didərgin düşmüşdür. Bu isə təhlükəsizlik tədbirlərinin əslində təhdid ehtiva etdiyini  göstərir. Yerli vətəndaşlar isə bunun əslində mülki şəxslərə qarşı müharibə olduğunu və bu cinayət tədbirlərinin bədəviləri Sinaydan mühacirət etməyə məcbur etmək məqsədi daşıdığını düşünürlər. Onlar bunu “etnik təmizləmə” adlandırırlar. 

Misir dövləti tarixən həmişə bədəvilərin sədaqətindən şübhələnib.  Bədəvilərin orduya və ya polis qüvvələrinə daxil olması mümkün olmayıb, hökumətdə vacib vəzifələr tutmağa icazə verilməyib. Cəmiyyətə inteqrasiya və inkişaf etdirmək üçün təcili olaraq tələb olunan islahatları həyata keçirmək əvəzinə, hakimiyyət onları narkotik qaçaqmalçıları kimi qələmə verib. 2016-cı ildə verilən qərardan sonra isə Müdafiə Nazirliyinin bu ərazidə səlahiyyətləri daha da artıb. HÖkumət bəzi yolların hər iki istiqamətini Müdafiə Nazirliyinə təhvil verib, bu isə “Əl-Ariş” şəhərinin əhalisinin 80 faizinin didərgin düşməsi deməkdir. Sinaydakı əməliyyatların ilk 3 ayında 3000 ev yerlə yeksan edilib. Sinay çöllərindən Misir paytaxtına gəlmək üçün  təxminən 8 saatlıq bir məsafə qət etməyə ehtiyac var ki , bu da həmin əhalinin siyasi baxımdan təcrid edilməsi anlamına gəlir. Misir hökumət həmin torpaqları xarici investorlara açıq elan edib. Qanuna görə, baş nazir dövlətə aid daşınmaz əmlak satın alan və ya 42 milyon dollar həcmində yatırım edən istənilən xarici vətəndaşa yardımçı olacaq. 

Картинки по запросу Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu musavat-com-a açıqlamasında bildirdi ki, bu prosesin səbəblərini Türkiyə-Misir münasibətlərində axtarmaq lazımdır: “Bildiyiniz kimi, Hüsnü-Mübarəkin vaxtında  Türkiyə-Misir münasibətləri normal idi, qarşılıqlı əlaqələr yüksək səviyyədə qurulmuşdu. Daha sonra inqilab baş verdi və hakimiyyətə yeni qüvvələr gəldi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Müsəlaman qardaşları” adlanan bu qüvvələrə dəstək verdi. Ancaq sonradan Əbdülfəttah Sisi onları da devirdi. Ərdoğan isə qəti surətdə bu siyasətə qarşı çıxdı və Sisini sərt tənqid etdi. Aydın məsələdir ki, artıq belə olan halda Sisi də Ərdoğanla yaxşı münasibətlərə ümid edə bilməz. O da Türkiyəyə qarşı sərtliyini artırdı, Türkiyə əleyhinə addımlar atdı. Türkiyəli ekspertrlər də vurğulayır ki, Sisinin hansı yolla hakimiyyətə gəlməsindən asılı olmayaraq Misir ərəb dünyasının aparıcı dövlətlərindən biridir. Bu  mənada Türkiyə Misirə qarşı siyasətini bir qədər korrektə etməlidir. Bu dövlətlə münasibətləri normallaşdırmaq lazımdır”. 

Həmçinin oxuyun

Erməni xanımlar və avropalı parlamentarlar (FAKTLAR)

Bu yaxınlarda ABŞ-ın nüfuzlu foreingpolicynews.org saytında erməni xanımları tərəfindən ələ alınmış avropalı deputatların fəaliyyəti barədə …