Bazar ertəsi , Avqust 2 2021
Ana səhifə / Siyasət / Misir Mərdanovun qardaşı işdən çıxarıldı

Misir Mərdanovun qardaşı işdən çıxarıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov tutduğu vəzifədən azad edilib.

Azinforum.azxəbər verir ki, Trend-in məlumatına görə, İ.Mərdanovun fotosu və haqqında məlumat nazirliyin rəsmi saytından çıxarılıb. İ.Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Xatırladaq ki, bundan öncə Aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən uzaqlaşdırılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

 

Həmçinin oxuyun

“Rusiya siyasətində tərbiyəsizliyi ilə tanınan bir partiya rəhbəri var”

“Dünya siyasət tarixində xarakter etibarı ilə qəribə, bəzən də təəccüb doğran siyasi fiqurlar olub, amma …

Bir cavab yazın