Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Misir Gülənə sığınacaq verməyə hazırdır? — Siyasi qalmaqal

Misir Gülənə sığınacaq verməyə hazırdır? — Siyasi qalmaqal

Misirin keçmiş prezidenti Adil Mansurun mətbuat katibi, ölkənin tanınmış jurnalistlərindən biri Əhməd əl-Müselmani Qahirə ilə Ankara arasında yeni siyasi qalmaqalın yaranmasına səbəb olub.
Əl-Müselmani aparıcısı olduğu Misirin Dream TV kanalında FETÖ terror qruplaşmasının lideri Fəthullah Gülənin ABŞ-dan çıxarılacağı təqdirdə Misirə gələ biləcəyini söyləyib.
Ölkədə Mursinin devrilməsindən sonra Türkiyənin Misirə təzyiqlərini xatırladan jurnalist Gülənin Misirə gələcəyi təqdirdə ölkəsinin əlində Ankaraya qarşı çox mühüm kart olacağını bildirib.(Ölkə.Az)

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın