Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Mirşahin: “Prezident heç zaman ANS-i güdaza verməz” – Video

Mirşahin: “Prezident heç zaman ANS-i güdaza verməz” – Video

Sentyabrın 15-də ANS Şirkətlər Qupunun keçirilən məhkəməsi başa çatıb.
Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb. Bunun əsas səbəbi isə ANS-in vəkili Fuad Ağayev olub.
Belə ki, vəkil işin ona dünən verildiyini və məsələ ilə yaxından tanış olmadığını bildirib. Bu səbəblə də məhkəmə təxirə salınıb.
Məhkəmədən sonra ANS-in vitse-prezidenti Mirşahin Ağayev jurnalistlərin suallarını cavablandırıb:
“Mən məhkəmədən ancaq ədalət gözləyirəm. Baş verən son proseslərdə də ANS-in xeyrinə siqnallar var. ANS Azərbaycan tarixinin rəmzidir. İnanıram ki, heç vaxt ona qarşı laqeyd münasibət göstərilməyəcək. Hətta bu məsələ Türkiyə hakimiyyətində də müzakirə olunmağa başlayıb. Hakimiyyətə yaxın olan “Star”ın rəsmi saytında ANS-in FETÖ ilə heç bir əlaqəsinin olmadığı qeyd olunub”./admiral.az/

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın