Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / Mirşahin: “Axı küçədə sən işləmirsən, tum çırtlayırsan…” — “Dövlət sənə niyə pul verməlidir?!” (VİDEO)

Mirşahin: “Axı küçədə sən işləmirsən, tum çırtlayırsan…” — “Dövlət sənə niyə pul verməlidir?!” (VİDEO)

Real TV-nin rəhbəri Mirşahin Ağayev Lider TV-də yayımlanan “SƏDA-dan sonra” verilişinin qonağı olub. 


Mirşahin Ağayev qatıldığı proqramda jurnalist Vüsal Məmmədovun son günlər Azərbaycanın gündəmində olan məsələlərlə bağlı suallarını cavablandırıb. 


Azərbaycan hökumətinin koronavirusla mübarizə Tədbirlər Planı çərçivəsində işsiz insanlara adambaşına 190 manat məbləğində vəsait verilməsi məsələsinə də toxunan Mirşahin Ağayev bildirib ki, əslində, vətəndaşlar dövlətdən bu vəsaiti istəməməlidirlər:


“Bilirsiniz, “mən evdə qalıramsa, axı mənə pulu kim verəcək? sualının cavabı bu olmalıdır ki, axı sənə küçədə pulu kim verir? Axı küçədə də sən işləmirsən, tum çırtlayırsan, əlini cibinə qoyaraq gəlib-gedənə baxırsan və bununla da sıxlıq yaradırsan. Yəni, söhbət ondan gedir ki, biz indi dövlətə kömək etməliyik, dövlət bizə kömək etməli deyil. Müharibə şəraitində olanda Prezident Ali Baş Komandana transformasiya edilir, Vətən dönüb olur dövlət və hər bir vətəndaş Vətənə, dövlətə xidmət etməlidir. Mən buradan bir daha Azərbaycan vətəndaşlarına müraciət edərək xahiş edirəm ki, dövlətdən nə isə istəmək kimi kaprizlərinizi arxa palana keçirin. Bu saat biz dövlətə nə isə verməliyik, dövlətdən nəsə istəməli deyilik”.  


Mirşahin Ağayev problemli kreditlərlə bağlı məsələyə də toxunub:


“Artıq Prezidentimizin tapşırığı ilə ölkədə problemli kredit məsələsi həll olunub. Ancaq bu məsələ gündəmə gələndə, bəlkədə problemli kredit probleminin əleyhinə qətiyyətli mövqe tutan yeganə adamlardan biri mən idim. Mən istəmirdim ki, Azərbaycanda problemli kreditlər həll olunsun, mən istəyirdim ki, problemi krediti vətəndaş özü həll etsin. Mənə maraqlı deyil ki, kimsə sosial şəbəkədə məni söyür. Mənə maraqlı olan sözümün həqiqət olmasıdır. Vətəndaş dövlətin rəhbərliyinə özünün terrorçu düşüncəsini dirəməməlidir. Çox adam düşünür ki, mənə dövlət kömək etməlidir. Bizdə bəzi vətəndaşlar özünü dövlətdən ayırıblar”.  

Demokrat.az

Həmçinin oxuyun

Hulusi Akar Qarabağda yaradılacaq müşahidə postlarından danışdı

“Qarabağda atəşkəsə nəzarət mexanizmləri barədə Rusiya ilə əməkdaşlığımız davam edir”. Türkiyənin NTV telekanalı xəbər verir …