Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Siyasət / Mirmahmud Mirəlioğlu Türkiyədə xəstəxanaya yerləşdirildi

Mirmahmud Mirəlioğlu Türkiyədə xəstəxanaya yerləşdirildi

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Türkiyənin Ankara şəhərində xəstəxanaya yerləşdirilib.

Bu barədə Qaynarinfo-ya Mirmahmud Mirəlioğlunun ailəsindən məlumat verilib. Ailə üzvlərinin verdiyi məlumata görə, partiya sədrinin müayinələrinin cavabı açıqlanmayıb: “Hələ ki, müayinələr götürülür. Bütün müayinələr hazır olduqdan sonra Mirmahmud ağanın sağlıq durumu ilə bağlı həkimlər qərar verəcək. Amma ümidimiz Allahadır”. Qeyd edək ki, bir neçə gün öncə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun səhhətində problem yaranıb. 

Həmçinin oxuyun

“Zəngəzur dəhlizi ətrafında mənfi geostrateji və əlverişsiz durum yaranır”

İkinci Qarabağ müharibəsinin 2 ili tamamlanır. Sabah ölkədə Anım Günü olacaq. Müharibədən sonrakı 2 ildə …