Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Siyasət / Mirmahmud Mirəlioğlu sabiq müavini ilə barışıb?

Mirmahmud Mirəlioğlu sabiq müavini ilə barışıb?

Oqtay Güləliyev: “Bəzi dostlarım inciyə bilər, amma…”   “Mən Ali Məclisin üzvüyəm. KXCP İdarə Heyəti və sədr müavinliyindən uzaqlaşdırılandan sonra xeyli müddət idi ki, partiya rəhbərliyi ilə təmaslarım yox idi. Ali Məclisin üzvü olduğum üçün sessiyaya dəvət edildim və iştirak etdim. Eyni zamanda müzakirələrə qatıldım və sözümü dedim”.

Bunu Teleqraf.com-a açıqlamasında KXCP Ali Məclisinin üzvü Oqtay Gülalıyev deyib.   Xatırladaq ki, hazırda O.Gülalıyevlə KXCP rəhbərliyi arasında münasibətlər hamar deyil. Partiya sədri M.Mirəlioğlunun istəyi əsasında Gülalıyev partiyanın rəhbər strukturlarından kənarlaşdırılıb. Bu addımdan sonra O.Gülalıyev KXCP rəhbərliyinə müxalifətdə olan partiyadaşları ilə mütəmadi görüşlər keçirərək müzakirələr aparıb.   Ali Məclisin sessiyasında baş verənlər haqda danışan O.Gülalıyev deyib ki, onun hədəfi və məqsədi KXCP-də vəzifə tutmaq deyil: “Bunu sessiyada çıxışım zamanı da dedim. İstəyim partiyanın güclənməsi, öz hədəflərinə yaxınlaşmasıdır. Mənim KXCP daxilində yaradılan Demokratik Birlik Fraksiyası, habelə partiyada qalıb aktiv siyasətlə məşğul olmayan şəxslərlə görüşlərim olub. Buna görə, sessiyada özümə qarşı hər hansı mənfi münasibət hiss etmədim. Sessiya çərçivəsində görüşlərimiz, qarşılıqlı təmaslarımız oldu. Əlbəttə, bəzi məsələlərlə bağlı fikir ayrılıqları ola bilər və bu, normal haldır. Məntiqlə fikir ayrılıqları bizim birgə yürüməyimizə mane olmamalıdır. Sədr müavini və İdarə Heyətinin üzvü olmaq mənim üçün ikinci dərəcəli məsələdir”.   “KXCP Ali Məclisinin sessiyasında O.Gülalıyevin irəli sürdüyü təkliflər qəbul edilibmi” sualına gəldikdə, müsahibimiz deyib ki, çıxışı zamanı çalışıb ki, təkliflər irəli sürsün: “Bu təkliflərin bir qismi məndən əvvəl və sonra da səsləndirilib. Söhbət partiyanın mərkəzi aparatının gücləndirilməsi, sosial şəbəkə üzərində fəaliyyətin aktivləşdirilməsi və digər təşəbbüslərdən gedir. Elə təkliflər var ki, qəbul edildi, eləsi də var ki, qəbul olunmadı. Mən bunu zamanın öhdəsinə buraxıram. Yəqin, müəyyən müddət keçməlidir”.   O.Güləliyev deyib ki, KXCP Ali Məclisinin sessiyasında bir neçə komissiya yaradılıb: “Məni də “Demokratiya və insan haqları” komissiyasına seçdilər. Təbii ki, bununla bağlı KXCP rəhbərliyinə yeni təkliflər təqdim edəcəyəm. Ola bilsin ki, bəzi dostlarım buna görə, məndən inciyə bilər. Ancaq hesab edirəm ki, fikir ayrılıqları olsa da, mübarizə partiya daxilində aparılmalıdır”. –

Həmçinin oxuyun

Oqtay Şirəliyev və Ramin Bayramlıya vurulan əslində nədir? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev …

Bir cavab yazın