Ana səhifə / Siyasət / Mirmahmud Mirəlioğlu sədrlikdən gedir?

Mirmahmud Mirəlioğlu sədrlikdən gedir?

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) IV qurultayı martın 27-də keçiriləcək.

Pravda.az-ın xəbərinə görə, qurultay onlayn formatda baş tutacaq.

Tədbirin onlayn keçirilməsi qərarı müzakirələrə səbəb olub. Partiya üzvləri sosial şəbəkələrdə ciddi etiraz ediblər. Bildirilib ki, karantin qaydaları yumşaldılıb, ona görə də qurultay ənənəvi qaydada keçirilməlidir. Tədbirin onlayn təşkil edilməsinin başqa məqsədlərə xidmət etdiyini qeyd edənlər də olub.

Qeyd edək ki, KXCP-nin 2015-ci ildə keçirilən qurultayında sədr seçilən Mirmahmud Mirəlioğlu bildirmişdi ki, növbəti qurultayda namizədliyini irəli sürməyəcək. Buradan belə başa düşülür ki, M.Mirəlioğlu sədrlikdən gedir, partiyaya başqa şəxs rəhbərlik edəcək.

Həmçinin oxuyun

Parlamentin 8 spikeri – hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq …