Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Siyasət / “Mirfaiq Mirheydərlinin İrəvan Türk Cumhuriyyəti barədə dedikləri ictimai rəyi çaşdırmaq məqsədi daşıyır” – Təbriz Musayev

“Mirfaiq Mirheydərlinin İrəvan Türk Cumhuriyyəti barədə dedikləri ictimai rəyi çaşdırmaq məqsədi daşıyır” – Təbriz Musayev

“Mirfaiq Mirheydərlinin İrəvan Türk Cumhuriyyətinin Əli İnsanovun emmisarlarından ibarət olması ilə bağlı dedikləri ictimai rəyi çaşdırmaq məqsədi daşıyır və bu da təsadüfi deyil”.

Bu fikirləri saytımıza açıqlamasında İrəvan Türk Cumhuriyyəti Mətbuat və İnformasiya xidmətinin rəhbəri Təbriz Musayev Qərbi Azərbaycan İcması sədrinin müavini Mirfaiq Mirheydərlinin Əli İnsanovun öz emissarlarını Qafar Çaxmaqlının ətrafına yerləşdirməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən dedi.

T. Musayev sözügedən məsələ ilə bağlı bir sıra məqamlara toxundu: “İrəvan Türk Cümhuriyyətinin yaranması əslində ən çox ermənistan dövlətini və Rusiyada müəyyən dairələri əlbətdə ciddi narahat etmişdir.! Bunu Ermənistan dövlətinin Təhlükəsizlik Şurasının Paşinyan rəhbərliyində Şuşada keçirilən iclasında müzakirəsi, erməni mətbuatı və digər maraqlı dövlətlərin açıqlamaları sübut edir. Lakin maraqlı burasındadır ki, Azərbaycanda Qərbi Azərbaycan ideyasını gündəlik ruzi qazanmaq vasitəsinə çevirən, bu elektoratı özünün bazası kimi təqdim edənlər ermənilərdən daha çox narahatlıqla qarşılayırlar. Azərbaycan rəhbərliyi və ictimaiyyəti bu məsələni daha çox diqqətdə saxlamalıdırlar”.

Daha sonra bunları əlavə etdi: “Təəssüf hissi ilə qeyd edirəm ki, İrəvan Türk Cumhuriyyəti ideyası (əvvəlki adı ilə Qərbi Azərbaycan İrəvan Respublikası) ortaya çıxdığı andan etibarən Qərbi Azərbaycan icması adlı qurum belə bir ideyaya qarşı çıxaraq bunun baş tutmaması üçün geniş təbliğata başladı. Elə o zaman da qərarımız ondan ibarət oldu ki, kimin nə deməsindən asılı olmayaraq fəaliyyətimizi davam etdirək və bu kimi təşkilatların üzərimizə oynadığı oyunlara əhəmiyyət verməyək. Nəticə göz onündədir. Artıq İrəvan Türk Cumhuriyyəti özünün strukturları olan, bayrağı, gerbi olan bir dövlət olmaq yolunda mətin addımlarla irəliləyir.Tək-tük fərdlər və qurumlar istisna olmaqla istər Azərbaycanda və Türkiyədə, istərsə də dünyanın dörd bir yanında İrəvan Türk Cumhuriyyəti ideyası geniş ictimaiyyət tərəfindən dəstəklənir və bu dəstək hər gün daha da artmaqdadır. Görünür elə bu səbəbdəndir ki, geniş ictimai dəstəkdən narahat olan Mirfaiq Mirheydərli kimi şəxslər növbəti dəfə İrəvan Türk Cumhuriyyətini hədəf seçən açıqlamalarla çıxış edirlər. İrəvan Türk Cumhuriyyətinə Əli İnsanov tərəfindən emissarlar yerləşdirilməsi ilə bağlı səslənən fikirlər tamamilə absurddur və ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.Mirfaiq Mirheydərli də onun kimi düşünən digər şəxslər də bilməlidirlər ki, İrəvan Türk Cumhuriyyəti ideyası hər hansısa siyasi liderin ambisiyalarının fövqündə duran bir ideyadır. Bəli zaman zaman adını çəkdiyiniz Əli İnsanov da, Etibar Məmmədov da, Fəzail Ağamalı və çoxlu sayda digər siyasilər də İrəvan Türk Cumhuriyyəti ideyasına öz dəstəklərini ifadə ediblər və buna görə onların hər birinə minnətdarıq. İrəvan Türk Cumhuriyyətinin başına Əli İnsanovun gətirilməsinə qaldıqda isə bildirirəm ki, Cumhuriyyətin başında Qafar Çaxmaqlı dayanır“.

Azinforum.az

Həmçinin oxuyun

Parlament niyə siyasi meydana çevrilmir?

Azərbaycanın siyasi diskussiyalarının episentri və onun danışan seqmenti 1995-2000-ci illərdə, müəyyən qədər də 2000-2005-ci illərdə …