Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Siyasət / Minsk qrupu Qarabağa nə verdi?

Minsk qrupu Qarabağa nə verdi?

Ölkədə baş verən həbslər, bir sözlə, xoş olmayan  müəyyən hadisələr imkan vermədi ki,  beynimdə hərlədiyim mövzunu vaxtında bitirib ictimai rəyin diqqətinə təqdim edim. Nəhayət,  məndən asılı olmayan və yuxarıda qeyd etdiyim səbəbə görə “gecikmiş” yazımın oxucuda maraq doğurmasına inamım ölməyib. O zaman başlayaq!!! 3-cü vətən müharibəsi artıq qapımızın ağzını kəsib.


…ABŞ-ın və Fransanın ölkəmizdəki səfirləri bir neçə gün əvvəl Şuşada keçirilən beynəlxalq tədbirə  qatılmadılar. Səbəbini bilmək üçün axtarışa başladım. Soraqlaşdım bilgili adamlarla. Qarşıma elə sirli  bir şey çıxmadı. Sən demə, onları Şuşadakı tədbirdə iştirakdan yayındıran işğalçı Ermənistanın mövqeyi olmuşdur. Ardınca özünü dünya demokratiyasının  ağası hesab edən ABŞ  yüksək çinli nümayəndəsini  Ermənistana göndərməklə sübut etdi ki,  bunları qudurdub ortaya aran həm də Amerikanın özüdür ki, var. Səlahiyyətli nümayəndə ayağını İrəvana basar-basmaz “1915- il soyqırımını” yad etmək üçün müasir faşist ideologiyasının daşıyıcısı olan erməni abidəsi üzərinə böyük gül dəstəsi qoydu və gözlərindən yaş axıtmağı da unutmadı. Qoçağım Azərbaycan neylədi? Bolluca  gileyləndi və bunu böyük siyasi hadisə səviyyəsinə qaldırdı. 

Gəlmədilər, lap cəhənnəmin dibinəki gəlmədilər. Bununla düşmənə sevinmək üçün böyük imkanın yaradılmasını da gəlin etiraf edək. Fürsət düşmüşkən biz də bir dəfə saymazyanalıq nümayiş etdirib onlara öz yerlərini göstərməliydik. Sual meydana çıxır: bəs neçə!? Tərzimzi, sözümüzü, mövqeyimizi məhz 9bu cür cür ortaya qoymalıydıq  ki, heç vecimizə deyil. Ola bilsin ki, məsələyə  düzgün yanaşmıram, səhvə  yol verirəm. Unutmaq lazım deyil ki, Azərbaycan da daha əvvəlki Azərbaycan deyil.  Beynəlxalq aləmdə öz sözü və mövqeyi olan  ölkələr sırasındayıq.  Müasir Azərbaycanın əlində indi elə dinc xarekterli rıçaqlar mövcuddur ki, onları işə salmaqla  ABŞ-ın özünü belə stol arxasında ciddi söhbətə çəkmək mümkündür. İyirmi birinci əsrdə yaşayırıq. Hər şey dəyişmişdir. Yeniliyə və müasirliyə doğru istiqamət alan Azərbaycanı artıq geriyə döndərmək hətta heç bir  iri dövlətə müəssər olası deyil. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq tarixi inkişaf yolu keçən hər dövlət və  hökumət özünə tərəfdaş axtararkən təzyiq və təsir dilində, hökmlə yox, səmimi siyasətlə münasibətlər qurmağa çalışmalıdır. Bu, Azərbaycana da aiddir. Lakin heç bir vəchlə xırdalanmağa da yol verməməliyik. Ölkəmizlə əlaqədar yürüdülən hər hansı ikiüzlü siyàsəti fakt və dəlillərin qüvvəsi ilə tam ifşa etmək imkanlarına sahib bir xalqı indi əzmək və koloniya altına çəkmək barədə düşünənlər çox böyük səhv etmiş olarlar. İnkişamızı dünya miqyasında səciyyələndirmək üçün ilk növbədə informasiya mübarizəsinə hər bir səlahiyyətlimiz hazır olmalıdır. 44 günlük vətən müharibəsində biz bunun canlı şahidləri olduq. Prezident İlham Əliyev bu işi öz əlinə aldı və uğurla da başa çatdırdı. İndinin özündə də informasiya savaşını yüksək ağıl və müdriklə aparır. Ümumiyyətlə, informatik biliyə və hazırlığa malik kadrlarımızın imkanlarından yetərincə istifadə etmirik. Bunun müxtəlif səbəbləri  vardır. Sadəcə qısqanclığı bir kənara qoyub  onların güc və qüvvəsindən lazımi səviyyədə istifadə etməliyik. İstedadlı  jurnalist qrupları yaradaraq xarici səfirlərdən ölkələri haqda müsahibələr götürməlidirlər.

Vedrələr onlarda da boş deyildir…Qorxaqlıq bağışlanılmaz səhvdir və bu mənfi hal xəyanətə meylliyi də Məgər ABŞ səfirinə belə bir sual ünvanlamaq olmazmı?!  Cənab səfir,  ölkənizdə əhalinin neçə faizi 1945-ci ildə gecənin dərin vaxtında yuxuda olan Yaponiyanın Nakasaki və Xirosima şəhərlərinə atılan atom bombasından xəbərdardır? Səfir ya sualdan qaçacaq, ya da açıqca otağı tərk edəcəkdi. Hər iki variantda gülüşün hədəfinə çevriləcək adam amerikalı qonaq olacaqdı. 2013-cü ildə ABŞ-da səfərdəydim. Yüngülvari olsa da, bu tarixi faciənin üzərindən pərdəni Vaşinqtondakı gurultulu və çox qorxulu axar çayın  sahilindəki “Maqdanolsda” adi insanlarla söhbət zamanı götürməyə nail ola bilmədim.  Başqa bir nümunə. Əgər xatırlayırsınızsa vaxtı ilə ermənipərəst Rusiya xarici işlər naziri Sergey Lavrova azərbaycanlı müxbirin verdiyi tərs sual onu özündən çıxardı və təzəcə işinə başlayan mətbuat konfransını yarımçıq bitirərək salonu tərk etdi. Erməni xislətli S. Lavrov “lider”  televiziyasının Anar adlı müxbirini verdiyi suala görə işindən də qovdurdu. Anar televiziyanın Moskva müxbiri idi. Və ya gəlin ABŞ-ın 907-ci düzəlişini yada salaq.  Azərbaycana yardımın qarşısını alan bu düzəliş indiyə qədər ləğv olunmayıb. Demək ki,  İstədikləri vaxt hərəkətə gətirə bilərlər.  

Hər üç ölkə işləməyən hələki Minsk Qrupunun həmsədrləridirlər. Hər üçü də MQ-nu yenidən canlandırmağa ciddi-cəhdlə çalışırlar. Bu imkanı bir daha onlara vermək qətiyyən olmaz. Çünki son 30 ildə Qarabağda yaranmış ağır problemlərin müəllifləri bu dövlətlərdir. ABŞ və Fransanın ciddi siyasi dəstəyi, həmçinin 366-cı rus motoatıcı polkunun  silahlı müdaxiləsi ilə Xocalı şəhərində 600- dən çox azərbaycanlı qətlə yetirildi. Vəhşilər 10-a yaxın hamilə qadının  qarnını  xəncərlə yarıb körpə uşağı çıxararaq diri-diri başlarını kəsmişdilər. Hitler faşizmi də heç belə qatilliyə yol verməyib.  Müharibələrin tarixində belə alçaqlığın olmasını yad etmirəm. İndi Xocalı əsırlikdədir. Azad ediləcəkdir bu qədim Azərbaycan şəhəri də!!! Bir həqiqəti deməyə bilmirəm. ABŞ və Fransa, hətta Qərbin digər ölkələri də daxil Azərbaycana qarşı eyni mövqeni bölüşməklə işğalçı və irticaçı Ermənistan qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmiş olurlar. Öhdəliyin baş tezisi isə belədir: dini faktor hər zaman, hər dəqiqə gündəlikdədir və fikrimcə, Azərbaycan da daha əvvəlki Azərbaycan deyil.  Artıq beynəlxalq aləmdə öz sözü və mövqeyi olan  ölkələr sırasındayıq.  Müasir Azərbaycanın əlində indi elə dinc xarekterli rıçaqlar mövcuddur ki, onları işə salmaqla lap ABŞ-ın özünü stol arxasında ciddi söhbətə çəkmək mümkündür. Onları başa salmalıyıq ki, böyük siyasi tarixi olan dövlətlərinizi apardığınız  bacarıqsız metodlarla pis vəziyyətə qoyursunuz. Bu mənada Azərbaycan nə etməlidir?  İlk növbədə, informasiya mübarizəsini apara biləcək qüvvələri və  mənbələri tapıb üzə çıxarmalıyıq. Bunlar var, heç harda da  gizlənməyiblər. Sadəcə qısqanclığı bir kənara qoyub  ağıl və dərin təhlilə qadir olan təbliğatçılarımıza, informasiya daşıyıcılarına maneçilik törətmədən geniş imkanlar yaradılmalıdır. Hazırlıqlı  jurnalist qrupları yaradaraq xarici ölkə səfirlərindən ölkələri və dövlət adamları haqda  müsahibələr götürmək məncə  ciddi müsbət siyasi nəticələr verərdi. Məsələn, mətbuat konfranslarının birində Şuşadakı tədbirə gəlməyən ABŞ səfirinə belə bir sual ünvanlamaq olar. Cənab səfir, ölkənizdə əhalinin neçə faizi 1945-ci ildə gecənin dərin vaxtında yuxuda olan Yaponiyanın Nakasaki və Xirosima şəhərlərinə atılan atom bombasından xəbərdardır? Səfir ya sualdan qaçacaq, ya da açıqca otağı tərk edəcəkdir.  Qarabağda son 30 ildə yaranmış ağır problemlərin müəllifləri məhz bu dövlətlərdir.

Onlar MQ-nun həmsədrləri olaraq vəziyyəti gərginləşdirməyə, hadisələrin ermənilərin xeyrinə dəyişməsinə həmişə çalışıblar.  Halbuki Azərbaycanın bütün iqtisadi əməkdaşlıq planlarının və əlaqələrinin yaranış kökü və təməl prinsipləri Qərblə, ABŞ-la bağlı olmuşdur. Qarabağ probleminin ədalətli həlli məsələsində Fransanın mövqeyi bəllidir, bəs ABŞ!? Təəssüf ki, hər üçü də MQ-nun həmsədrləri qismində işğalçı Ermənistanla bir yerdədirlər. Və indiyəcən problemin həll olunmamasının yeganə səbəbkarı da onlardır!!! 

Eldar Sabiroğlu,sabiq millət vəkili, Silahlı Qüvvələrinehtiyatda olan polkovniki

Həmçinin oxuyun

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun …