Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Minlərlə azarkeş Təbriz stadionunda “Təbriz-Bakı-Ankara” şüarı hayqırdı – VİDEO

Minlərlə azarkeş Təbriz stadionunda “Təbriz-Bakı-Ankara” şüarı hayqırdı – VİDEO

Bu gün Təbrizdə keçirilən futbol matçında azarkeşlər kütləvi şəkildə siyasi şüarlar qışqırıblar. Olay Təbrizin yerli klubu “Traktorsazı” ilə Tehranın “İstiqlol” komandalarının arasında keçirilən çempionat oyunu zamanı baş verib. 

Minval.az saytının xəbərinə görə, Təbriz stadionunu doldurmuş minlərlə azarkeş bir ağızdan “Azərbaycan” deyə şüarlar səsləndirib, daha sonra “Təbriz-Bakl-Ankara, farslar hara, biz hara” şüarı hayqırıblar.

Baş verə biləcək iğtişaşların qarşısını almaq üçün stadiona hüquq-mühafizə orqanlarının xeyli əməkdaşı cəlb edilib.

Onu da qeyd edək ki,dekabrın 28-də Tehranda keçirilən “Persipolis”-“Traktorsazı” matçında tehranlı azarkeşlər cənubi azərbaycanlıların ünvanına təhqiramiz şüarlar qışqırıblar. Təbrizlilər isə bu təhqirə bu gün bu cür cavab veriblər.

Xatırladaq ki, təbrizli futbol azarkeşləri illərdir stadionda bu şüarları səsləndirirlər. Hətta hazırda kütləvi aksiyalar keçirilən Məşhəd, Qum, Tehran kimi şəhərlərdə tam sakitlik olanda Təbriz stadionunda həmişə bu cür şüarlar səslənir, transparantlar qaldırılırdı.

Həmçinin oxuyun

Mehri dəhlizinin qapısı Azərbaycana qaytarılacaq

Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlığın getdiyini deyirlər.Bu …