Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Mingəçevirin baş həkimindən Akif Nağıya etiraz: “Ola bilsin xəbəriniz yoxdur ki…”

Mingəçevirin baş həkimindən Akif Nağıya etiraz: “Ola bilsin xəbəriniz yoxdur ki…”

Dünən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Mingəçevir şəhər Mərkəzi xəstəxanasının baş həkimi Könül Ələkbərovun heç bir ölçüyə sığmayan hərəkətləri, Qarabağ müharibəsi iştirakçılarına qərəzli münasibilə bağlı Moderator.az vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmişdi.
Həmin yazı bu linkdə— moderator.az/news/180777.html
 
Bu günsə qarşı tərəf sərt şəkildə Akif Nağının ittihamlarına cavab verərək fikirlərinin saytımızda yerləşdirlməsini xahiş ediblər:
 
Hörmətli Zülfüqar müəllim!
Sizə müraciət etməyimin əsas səbəbi bu gün saytınızda çıxan Akif Nağının mənim haqqımda olan yazısı ilə əlaqədardır. İstəməzdim ki, vaxtımı bu kimi yazılara cavab verilməsinə sərf edim, lakin bəzi məkirli, qərəzli insanların iç üzünün açılması üçün etmək lazım olduğunu düşünürəm. Məlumat üçün bildirmək istəyirəm ki, artıq dörd aydan artıqdır ki, möhtərəm Cənab Prezidentimizin fərmanı ilə Mingəçevirdə İcbari tibbi sığortanın pilot layihəsi həyata keçirilir. Qeyd etmək istərdim ki, ötən dövr ərzində Mingəçevir mərkəzi xəstəxanasında ciddi işlər görülmüşdür. Beləki icbari tibbi sığorta agentliyi tərəfindən  xəstəxananın maddi texniki bazası yaxşılaşdırılmış, dərman təchizatı gücləndirililmiş, xəstələrin qidalandırılması tam şəkildə həyata keçirilmişdir. Artıq Mingəçevir xəstəxanasında kimsəyə dərman aldırılmır, hətta evdən yemək gətirilməsinin belə qarşısı alınır.
 
Hörmətli Zülfüqar müəllim! 
Yuxarıda deyilənlər dəfələrlə kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən və eləcədə xəstəxanamıza gələn Milli məclisin səhiyyə komitəsinin deputatları tərəfindən yerindəcə müşahidə ediblər. Xəstələrlə görüşüb onları fikirlərini öyrəniblər. Eləcədə Mingəçevir əhalisi bu xidmətdən heç bir şikayət etmir, əksinə ölkə Rəhbərliyinə ünvanlanan minlərlə təşəkkür məktubu vardır. Sizi də xəstəxanamıza dəvət edirəm ki, öz gözünüzlə dediklərimi görəsiniz.
Eyni zamanda qeyd etmək istəyirəm ki, fəaliyyətə başladıqımız gündən şəhid ailələri, qarabağ veteranları və əlilləri daima diqqətimizdə olmuşdur.Onların xəstəxanamızda və xəstəxanamızdan kənarda müalicə və müayinə olunması üçün hər bir şərait yaradılmışdır. Bu dediklərim də həmin təşkilatlardan bizə və ölkə Rəhbərliyinə ünvanlanan məktublarda öz əksini tapmışdır.
Sadəcə bir qrup insanların bu dediklərim xoşuna gəlmir. bu insanlar keçmişdə bu xəstəxanada öz istədikləri kimi hərəkət edirlərmiş. Kimini pensiyaya çıxartmaq, kiminin iş yerini vəzifəsini dəyişmək bu insanlar vasitəsilə həyata keçirilirmiş. Özlərini qarabağ veteranı adlandıraraq Natiq Həsənov adlı birisi əvvəlcə təşəkkür məktubu ünvanladı, sonra gəlib kimisə işə götürməyi, xəstəxanada kimlərinsə yerini dəyişməyi, onun istəyi ilə kiməsə təzə alınmış təcili yardım maşınının verilməsini, kimlərinsə xəstəxanada yatırılıb pensiya almaq üçün şərait yaratmağımı tələb etdi. Mən razı olmadım. Sonra buna tabe olmayacağımı görəndə Akif Nağı vasitəsilə “Mingəçevirdə Qarabağ veteranlarına zülm olunur” yazısını dərc etdirdi. Mən sosial şəbəkələr vasitəsilə Akif Nağıya Müraciət etdim, ona məsələnin əsl mahiyyətini anlatdım və sənədlər göndərdim. Xeyri olmadı. Bu yazıdan sonra Natiq Həsənov mənim yanıma gələrək “dediklərimi elə sənnən işim olmasın ” dedi və mənə xəstəxanada olan qarabağ veteranlarının maaşlarından tutulub onun cəmiyyətinə köçürilməsini və xəstəxanada fəaliyyət göstərən qarabağ veteranı Hümbət adlı sürücünün işdən qovulmasını tələb etdi. Səbəb kimi o mənə tabe olmur, mənim pul yığmağıma əngəl olur söylədi. Təbii ki mən razı olmadım. O üzdən növbəti addımını atdı və Akif Nağı vasitəsilə növbəti yazısını verdi. Lakin artıq azğınlaşmış formada edilən şər böhtana cavab vermək lazımdır. Çalışacam ki bu sənədlər bütün KİV yayılsın və millətimiz bu məkirli insanların kim olduğunu tanısın.Qarabax Azadlıq təşkilatı adı altında öz işlərini, bəd əməllərini yerinə yetirməyə çalışırlar. bu işlərində ağrılı yerimiz olan qarabağdan, orda canlarını qoymuş şəhidlərimizdən, orda sağlamlığını itirmiş əlillərimizdən istifadə etməyə çalışırlar. Cənab Prezidentimizin iradəsi olan bu pilot layihəni pozmaqla erməni dəyirmanına onlar su tökürlər. Anlamırlar ki, Könül olmasada başqa birisi bu layihəni yerinə yetirəcək. Çünki bu dövlətimizin siyasətidir. Ona kimsənin cürəti çatmaz kölgə salsın. Hörmətli Zülfüqar müəllim! Sizə müraciətim sadəcə olanlar haqqında məlumat verməkdir. Mən hüquq mühafizə orqanlarına müraciət edib şərəf və ləyaqətimə kölgə salan insanlara hüquqi qiymət verilməsini tələb edəcəm. Ola bilsin bəlkə də Akif Nağının Natiq Həsənovun bəd əməllərindən xəbəri yoxdur…Digər Natiq Həsənova aid maliyyə sənədlərini və məktubları prokurorluğa təqdim edəcəm.
Əvvəlcədən Sizə təşəkkür edirəm.
 
Hörmətlə, Könül Ələkbərov,
Mingəçevir Mərkəzi Şəhər Xəstəxanası Publik hüquqi şəxsin Direktoru,
Respublikanın əməkdar Həkimi

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın