Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Siyasət / “Minalı ərazilərin təmizlənməsində həbsdəki erməni hərbçilərindən istifadə edilməlidir”

“Minalı ərazilərin təmizlənməsində həbsdəki erməni hərbçilərindən istifadə edilməlidir”

“Jurnalistlərin və digər mülki şəxslərin minaya düşərək həlak olması hamımızı məyus edir”.

Bu sözləri media eksperti, professor Qulu Məhərrəmli bildirib.

“Müharibədə məğlub olmuş tərəfin özünü bu şəkildə həyasızlıqla aparması dünyada nadir hadisələrdəndir. Minalanmış ərazilərin xəritəsinin verilməməsində Ermənistan hərbçilərinə təsir imkanı olan Rusiya da riyakar mövqe tutur, Moskva bu məsələdən Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə çalışır. 

Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməli, xəritənin verilməyəcəyi təqdirdə əks-tədbirlər görməli, o cümlədən xüsusi minalama taktikasından bəhrələnməli, həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq minalı ərazilərin təmizlənməsində həbsdəki erməni hərbçilərindən istifadə etməlidir! Azərbaycanın dinc vətəndaşlarına qarşı mina terroruna son qoyulmalıdır!” – deyə tanınmış jurnalist qeyd edib.

Həmçinin oxuyun

Rəsmi Paris Azərbaycanın jestini alqışladı

ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını və Azərbaycanın Ağdam …