Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Siyasət / Milyonlar qanlı hesablaşmalara səbəb olacaq –Lənkəranskinin mirası

Milyonlar qanlı hesablaşmalara səbəb olacaq –Lənkəranskinin mirası

Avqustun 18-də Türkiyədə öldürülən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qatili və sifarişçisi  tapılmasa da, onun maliyyə imperiyası uğrunda gözlənilən savaş artıq başlayıb. Kriminal aləmdə miras uğrunda mübarizə yeni məsələ deyil. Hansısa nüfuzlu “qanuni oğru” öldürüldükdən sonra onun nəzarət etdiyi maliyyə mənbələri kriminal savaşları daha da alovlandırır.
Məsələn, “Lənkəranski”dən üç il əvvəl öldürülmüş ən tanınmış mafiya babası Aslan Usoyanın (“Ded Xasan”) milyonlar dövr edən imperiyası  uğrunda mübarizə hələ də davam edir, hansısa kriminal qruplaşmalar vaxtilə onun klanının nəzarətində olan vilayətlərdə öz hökmlərinin yeritməyə çalışır, yeni qanlar tökülür. Bu səbəbdən də “Lənkəranski”nin   ölümündən sonra onun mirası uğrunda mübarizənin olacağı gözlənilən idi.
Crimerussia.ru saytının xəbərinə  görə, “Lənkəranski”nin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı artıq Merab Canqveladzenin (“Merab Suxumski”) nəzarətinə keçib. Sayt iddia edir ki,  “Suxumski” bununla kifayətlənməyərək “Lənkəranski”nin Türkiyədəki biznesinə də göz dikib. Məlumdur ki, “Lənkəranski” bir neçə il sığındığı Dubaydan çıxdıqdan sonra Türkiyədə məskunlaşmışdı.  Onun bu ölkədə də mediada bilinməyən stabil gəlir obyektləri vardı.  Bəzi məlumatlara görə, onun Türkiyədə himayə etdiyi  çox sayda kommersiya şirkətləri olub. “Lənkəranski”nin beynəlxalq narkotik ticarəti kanalları ilə əlaqəsinin olduğu da iddia edilir. Məlumatda bildirilir ki, “Lənkəranski”nin mirasına  çeçen “qanun oğru”  Hüseyn Əhmədov (“Kor Hüseyn”) da iddialıdır. Gözlənilir ki, miras uğrunda mübarizə yeni qanlı hesablaşmalara səbəb olacaq.
“Lənkəranski”nin gürcü “qanuni oğru”larla münasibəti həmişə yaxşı olub. Gürcülər uzun illər onun kriminal klanına daxil olublar. Gözlənilirdi ki, məhz gürcülər bu böyük  varidata sahiblənmək üçün  iddialarını ortaya qoyacaqlar. Təsadüfi deyil ki, bir müddət əvvəl “Kurşa” ləqəbi ilə tanınan “qanuni oğru” Qoça Çinçaridzenin “Lənkəranski”nin Türkiyədəki aktivlərini idarə edəcəyi ilə bağlı xəbərlər də yayılmışdı.  Qoça 1972-ci ildə  Kabuletidə (Gürcüstan) anadan olub.  O, “qanuni oğru” adını 1992-ci ildə, cəmi 20 yaşı olanda alıb. İndi isə məlum olur ki, “Suxumski”də Türkiyədəki obyektlərə göz dikib.
Image result for “Merab Suxumski
Göy  bazarlarına (bura topdansatış meyvə də daxildir) nəzarət uğrunda kriminallar arasında  müharibədə indiyədək onlarla adam həyatını itirib.  2006-cı ildə Moskvada məşhur “qanuni oğru” “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla 2007-ci ildə “Ağbaş” ləqəbli Çingiz Axundovun qətlindən sonra göy bazarları “Lənkəranski”nin nəzarətinə  keçmişdi.
Göy bazarlarının “Suxumski”nin nəzarətinə keçməsi ilə bağlı bir neçə il əvvəl də xəbər yayılmışdı. Bildirilirdi ki, “Ded”in ölümündən sonra  “Suxumski” R.Canıyevə dönük çıxıb. Hətta Merab “Ded”in tərəfdarları ilə anlaşmağa çalışıb. Amma sonradan bu məlumatlar təsdiqini tapmadı.
“Suxumski”nin ”Lənkəranski” ilə ən yaxın müttəfiq və “Ded Xasan” klanının ən qatı düşmənlərindən biri olduğu məlum həqiqətdir. Bir neçə il əvvəl Avropada Rusiya mafiyasına qarşı əməliyyatda həbs edilən “Suxumski”nin cəza müddəti oktyabrın 18-də tamam olub. “Suxumski”nin qayıdışı “Lənkəranski” klanını bir yerə toparlaya bilər. Belə iddialar da var ki, “Suxumski”nin ilk işlərindən biri məhz “Lənkəranski”nin intiqamını almaq olacaq.
Amma son 10 gündə “Suxumski”nin azadlığa buraxılıb-buraxılmaması barədə heç bir məlumat yoxdur. Məsələ ondadır ki, Rusiya hüquq-mühafizə orqanları məhz bu kimi səbəblərdən “Suxumski”nin vətəndaşı olduğu ölkəyə qayıtmasını istəmirlər. Rusiya KİV-ləri yazır ki, hələ iyun ayında Moskva məhkəməsinin hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə “Suxumski”in Rusiya vətəndaşlığının ləğvinə baxılıb. Qərara görə, “Suxumski” özü haqqında doğru məlumat verməməsi səbəbindən vətəndaşlığına son verilib.
Image result for “Suxumski” Merab
Bir neçə gün əvvəl bu məsələ ilə bağlı “Suxumski”nin vəkillərinin apelyasiya şikayətinə baxılmalı idi. Amma son qərar haqda hələ ki məlumat yoxdur.  Əgər qərar qüvvədə saxlanılsa, Rusiyaya qayıdan kimi “Suxumski” deportasiya olunmalıdır. “Suxumski” Rusiya vətəndaşlığından çıxarılarsa, o, Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilməlidir. Çünki Qazaxıstanın hüquq-mühafizə orqanları onu bir sıra cinayətlərdə suçlayır.
Rusiya KİV-ləri yazır ki, “Suxumski” bu yaxınlarda həbs edilən Zaxari Kalaşovdan(“Şakro”)  sonra kriminal aləmdə “nömrə 1″ olmağa ən real namizəddir.
Kriminal aləmin ən odioz fiqurlarından olan “Suxumski” haqda qısa məlumat var. O 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı (“Levan Suxumski”)  da var. 1975-ci ildə anadan olan Levanın da  “Lənkəranski” ilə yaxşı münasibətləri olub.
Rusiya mafiyasının “xaç atası” Vyaçeslav İvankovla (“Yaponçik”) uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb. “Yaponçik” tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında “Lənkəranski” ilə yanaşı Merab da var. “Ded Xasan”ın qətlindən sonra da “Suxumski” və “Lənkəranski”nin adları sifarişçilər siyahısında birgə hallanıb. “Yaponçik”in öldürülməsindən sonra “Suxumski”nin “Ded Xasan”la münasibətləri daha da pisləşir.
Image result for Yaponçik
Bu dəfə əzəli rəqiblər Soçidə-2014-cü il qış olimpiadası üçün tikilən obyektlərə nəzarət uğrunda mübarizədə toqquşublar. 2010-cu ildə Usoyan Moskvada 50 nəfər “qanuni oğru”nun iştirakı ilə Merab Suxumskinin “şəxsi işinə” baxılması üçün “sxodka” çağırıb. Deyilənə görə, “Ded” sanki məhkəmədəki kimi Merabla bağlı ortaya sənədlər və şahidlər qoyub. Söhbətin hansı sübutlardan getdiyi açıqlanmasa da, nəticə “Ded Xasan”ın istədiyi kim olur. Merab “oğru” adından məhrum edilib.
“Lənkəranski” imperiyasına sahiblənmək iddiasında olan “Kor Hüseyn” 1966-cı ildə Qroznıda anadan olub. “Qanuni oğru” adını 1985-ci ildə Stavropoldakı “Belıy  Lebed” adlanan təcridxanada alıb. Sonuncu dəfə 2012-ci ildə 10 ay həbsxanada cəza çəkib. Hazırda azadlıqdadır. Onun 2016-cı ildə “Lənkəranski” və digər “qanuni oğru”larla birgə fotosu da var.  (musavat.com)

Həmçinin oxuyun

“Facebook” üzərindən videoyayım aparan mühacir azərbaycanlılara pul yığımında ermənilər də fəal iştirak edir

“Məlum olur ki, o adamlar elə Azərbaycanda da peşəkar dələduz olublar”. Bəllidir ki, sosial şəbəkələrin …

Bir cavab yazın