Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Millimizin baş məşqçisi pedofillikdə ittiham olunur – Araşdırma

Millimizin baş məşqçisi pedofillikdə ittiham olunur – Araşdırma

Cüdo üzrə milli komandamızın baş məşqçisi Peter Zayzenbaher pedofillikdə ittiham olunur. Qafqazinfo” xəbər verir ki, korner.az ikinci dəfə Azərbaycan yığmasına qaytarılan avstriyalı çalışdırıcı bağlı araşdırma aparıb.

Bununla bağlı hətta onun ölkəsində cinayət işi də açılıb. Peter Zayzenbaherlə bağlı açılmış cinayət işində qeyd olunur ki, o, 2000-ci illərin əvvəllərində Avstriyada Vyana şəhər Cüdo İttifaqında işləyərkən 4 qıza (onlardan biri yetkinlik yaşına çatmayan məktəbli olub) qarşı cinsi zorakılıq etməkdə şübhəli bilinir. Onun barəsində cinayət işi 2013-cü ildə açılsa da, bununla bağlı xəbərləri ilk dəfə 2014-cü il iyun ayının 11-də Avstriya mətbuatı yayıb. Bundan sonra digər Avropa ölkələrinin KİV-i, o cümlədən Rusiya və Azərbaycan mətbuatı da bu məlumatı Avstriya mətbu orqanlarına istinadla işıqlandırıb. Qeyd olunan tarixdə avstriyalıların yaydığı məlumatlarda bildirilirdi ki, Zayzenbaher tərəfindən zorlandığını iddia edənlər məhkəməyə müraciət ediblər.

Vyana prokurorluğunun mətbuat katibi Nina Bussek məsələ ilə bağlı açıqlama verib: “Bu, çox həssas məsələdir. Onunla (Peter Zayzenbaheri nəzərdə tutur – red.) bağlı müəyyən şübhələrimiz var. Bu işlə əlaqədar olaraq bir neçə nəfərin ifadəsi də alınıb. Lakin Zayzenbaherin özü suallarımıza cavab verməyə razılaşdıqdan sonra çox şeyə aydınlıq gələcək. Proses hələ davam edir və qanunvericiliyə əsasən, barəsində həbs-qətimkan tədbiri olmadığı üçün onun Avstriyadan kənara çıxmasına heç bir maneə yoxdur”.

Yeri gəlmişkən, məsələyə həmin günlərdə münasibət bildirən Avstriya Cüdo Federasiyasının prezidenti Hans Paul Kuçera demişdi ki, bu xəbər federasiyada şok yaratdı: “Peter olimpiadada iki qızıl almış yeganə avstriyalıdır. O, indiyədək bütün ölkənin fəxri olub. Ümid edirəm, bu xəbərlər təsdiqini tapmayacaq. Biz həqiqətin ortaya çıxması üçün əlimizdən gələni etməyə hazırıq”.

Zayzenbaherin vəkili Bernhard Lehofer 2014-cü il iyunun 11-də Avstriya mətbuatına açıqlamasında müvəkkilinin növbəti həftənin çərşənbə axşamı günü (17 iyun) ifadə verəcəyini, hamını həmin vaxtadək təmkinli olmağa səsləsə də, sonrakı tarixlərdə çıxan açıqlamalardan Zayzenbaherin istintaqa ifadə verib-vermədiyi bəlli olmur. Avstriya mətbuatında yer almış məlumatlardan onun 2015-ci ilin böyük hissəsini öz ölkəsindən kənarda keçirdiyi və bu səbəbdən prosesin ləngidiyi aydın idi. Nəhayət, ötən ayın sonlarında istintaqın yekunlaşdığı və cinayət işinin materiallarının Baş prokurorla yanaşı, Ədliyyə Nazirliyinə göndərildiyi bildirildi. Açıqlamada qeyd olundu ki, istintaqın gəldiyi qənaət haqqında heç bir informasiya verilə bilməz və məsələ hüquqi həllini tapana qədər məlumat ictimaiyyət üçün qapalı olacaq. Buna görə də, hələlik bizə gözləmək qalır – federasiyamızın məsələyə reaksiyasını, Avstriya Baş prokurorunun və Ədliyyə Nazirliyinin çıxaracağı qərarı. Qeyd edək ki, iddialar təsdiqlənərsə, Zayzenbaher 10 il müddətinə azadlıqdan məhrum ediləcək.

Və sonda: Avropa idmanında adı bu cür qalmaqallarda hallanan şəxsləri, ən azı, araşdırmalar tamamlananadək işlərindən uzaqlaşdırırlar – sonradan baş verə biləcək biabırçılıqdan sığortalanmaq üçün. Biz bunu sonuncu dəfə adları seks qalmaqalında hallanan Valbuena və Benzemanın Fransa millisindən uzaqlaşdırılması nümunəsində gördük…

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …

Bir cavab yazın