Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Milli Şuranın sədri Stalinin yaratdığı bir təşkilatın üzvüdürsə…”

“Milli Şuranın sədri Stalinin yaratdığı bir təşkilatın üzvüdürsə…”

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazçısı Anar görkəmli rus şairi, bir müddət əvvəl dünyasını dəyişmiş Yevgeni Yevtuşenko haqqında yazıda bir sıra maraqlı məqamlara toxunub. Anar öz yazısında qeyd edib ki, sənətin nəyə xidmət etdiyini hələ müyyənləşdirməyib: “Sənət xalq üçündür, yaxud sənət idelogiyaya, siyasətə, hakimiyyətə xidmət etməlidir? Çətin sualdır və bu sorunun yəqin ki, birbaşa cavabı yoxdur.”

Yazının başqa bir yerində isə qalmaqallı sayılacaq məqamları görürük: “Heç şübhəsiz altmışıncılardan sonra ədəbiyyata gələn neçə-neçə nəslin də sənət tarixində öz yeri var. Onların poeziyaya, nəsrə, dramaturgiyaya, tənqidə verdikləri töhfələri heç kəs inkar etmir. Amma ictimai hadisə kimi nə əvvəlki, nə sonrakı nəsillər altmışıncılar qədər təsir gücünə malik olmayıb və deyil. Şəxsən məni bizim Azərbaycan ədəbiyyatında yeni nəsillərin (şübhəsiz bütünlüklə yox, ayrı-ayrı nüməyandələrini nəzərdə tuturam) fəalyyətində, daha doğrusu bəyanatlarında narahat elən nədir? Özlərindən əvvəlkiləri inkar etməkləri, bəzən hətta ən kobud şəkildə yamanlamaqları yox. Özlərinin ədəbiyyatda guya ki, yeni söz demələri, guya ki, yeni ədəbiyyat yaratdıqları barədə əsassız iddiaları… Yəni, daha açıq desəm, özündən müştəbehlik, gördükləri işlərin müqabilində özləri haqqında yüksək mif yaratmaları, hamını, bəlkə də ilk növbədə özləri özlərini bu mifə inandırmaq cəhdləri”.

Moderator.az Anarın yazdıqları ilə bağlı yazıçı Seymur Baycanın fikirlərini öyrənib.

Seymur Baycan deyib ki, əgər söhbət Anarın özündən və atası Rəsul Rzadan gedirsə, onlar həmişə xalqa yox, mövcud quruluşa xidmət ediblər: “Rəsul Rza “Lenin” poeması yazıb, bunu heç kim inkar etmir. Daha doğrusu bunu heç kim inkar edə bilməz. Amma təsəvvür edin ki, biz nə qədər qeyri-ciddi bir xalqıq ki, “Lenin” poeması yazan bir adamın adına bu gün mükafat verilir. Onun haqqında tərifli yazılar yazılır. Əlbəttə bunlar hamısı Anar Rzayevə yaltaqlanmaq üçündür. Lakin bunun özü də ayrıca bir iyrənc cəhətdir. Niyə belədir? Ona görə ki, azərbaycanlılar kölədir, qeyri-ciddi xalqdı, düşünən adam azdı.

Əgər tarixçi, professor Milli Şuranın sədri Stalinin yaratdığı bir təşkilatın üzvüdürsə, üzvü olmaqla bərabər həmin təşkilatın sədrini müdafiə edirsə, başqalarından nə gözləyəsən?

Bu haqda yazanda adamlar elə bilirlər ki, ciğallıq edirsən, xeyr mənə görə tarixçinin sovet dövründə yaradılmış, reputasiyası başdan-başa zədəli bir təşkilata üzv olması əxlaqsızlıqdı.

Başa düşürəm, bunları deməyin və yazmağın heç bir mənası yoxdur, bu söhbətləri Azərbaycanda başa düşəcək çox az adam var”.

Seymur Baycan Anarın altmışıncıların təsir gücü barədə yazdıqlarına da münasibət bildirib: “Anar Rzayev və Elçin Əfəndiyev atalarının qucağında ədəbiyyata gəlmiş, mənasız, şişirdilmiş, ədəbiyyata dəxli olmayan adamlardır. Əvvəl bizə deyirdilər, əsər yazmayıblar, yazdıq. Anar Rzayev, Rəsul Rza, Nigar Rəfibəyli, Elçin Əfəndiyev, İlyas Əfəndiyev yığışsa, “Quqark”ın bir səhifəsini yaza bilməzlər. Sadəcə azərbaycanlılar medalsız, vəzifəsiz, pulsuz, mandatsız yazıçını sevmirler. Nəinki sevmirlər, hətta nifrət edirlər.

Atasının qucağında ədəbiyyata gəlmiş Anar Rzayev və Elçin Əfəndiyev çox istərdilər ki, keçmiş vaxt olsun. Jurnallar, qəzetlər əllərində olsun. Heş kimin nəşr olunmağına imkan verməsinlər. Onlar indi də vəzifədə olmaqlarına baxmayaraq müstəqilliyə nifrət edirlər. Hətta istərdilər ki, 30-cu illər olsun, xoşlarına gəlməyən adamlardan donos yazıb sürgünə göndərsinlər, güllələtdirsinlər. Bütün bunları ona görə deyirəm ki, camaat nə yazdığımızı başa düşməsə də onlar başa düşürlər. Xoşbəxtəm ki, bu adamların ömür boyu çəkdikləri kefi burunlarından gətirdik. Həm ataları, həm də özləri haqqında lazım olan sözləri oxudular. Bax budu onları narahat edən”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın