Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Siyasət / Milli Şuranın mitinqində iştirak edənlər cəzalandırıldı – müəllimlər, tələbələr, MİS işçiləri…

Milli Şuranın mitinqində iştirak edənlər cəzalandırıldı – müəllimlər, tələbələr, MİS işçiləri…

Milli Şuranın 8 aprel tarixli mitinqində iştirak edənlərin bir qismi cəzalandırılıb.

Musavat.com bu xəbəri məlumatlı qaynaqlardan alıb. Orada bildirilir ki, 8 aprel mitinqində iştirak edənlərin foto və video görüntüləri əsasında artıq çox kəskin cəza tədbirləri həyata keçirilib.

Bu məqamda xatırladaq ki, saytımız bu barədə 19 aprel tarixində məlumat yaymışdı. Həmin yazını buradakı linkdən oxumaq mümkündür.

Həmin məlumatda iddia olunurdu ki, Milli Şuranın 8 aprel tarixli mitinqlərində iştirak edənlərə qarşı təqib və təzyiq prosesinə start verilib. Belə ki, mitinqdə iştirak edən kontingent polis və xüsusi xidmət orqanları tərəfindən video və foto görüntülərə alınıb.

Həmin video-foto görüntülər əsasında xüsusi yaradılmış qrup büdcə təşkilatlarında işləyənləri və tələbələri təsbit edib. Artıq, kimliyi müəyyən edilən müəllim və tələbələrin, o cümlədən, mənzil istismar sahələri əməkdaşlarının cəzalandırılması yekunlaşıb. Mitinqdə iştirak etməsi təsbit olunan müəllimlər işdən qovulub; tələbələrin isə oxuduqları təhsil müəssisələrindən uzaqlaşdırılması proseduruna start verilib. Eyni zamanda, bir neçə MİS əməkdaşı işdən uzaqlaşdırılıb.

Məlum olduğu kimi, 8 aprel mitinqində çox az sayda insan iştirak edib və təşkilatçıların özləri, o cümlədən, AXCP sədri Əli Kərimli də bu aksiyanı özündən əvvəlkilərdən çox sönük kimi qiymətləndiriblər. Belə bir şəraitdə hakimiyyətin mitinq iştirakçılarının kimliyini təsbit etməsi və cəza paketini işə salması da asan olub. Görünür, hakimiyyət müxalifətin nüvəsini də dağıtmaqda qərarlıdır və buna görə də güzəştsiz davranır, etirazçılara qoşulan az sayda büdcə çalışanlarını cəzalandıraraq, yerdə qalanlar üçün görk yaradır .

Həmçinin oxuyun

Ramiz Mehdiyev: “Ermənistan fürsəti əldən verərək sülhü uduzub”

Akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabı çapdan çıxıb. …

Bir cavab yazın