Şənbə , Aprel 4 2020
Ana səhifə / Siyasət / Milli qəhrəmanlarla bağlı qanun qəbul ediləcək

Milli qəhrəmanlarla bağlı qanun qəbul ediləcək

Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflər hazırlanacaq.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflərin hazırlanması öhdəliyini götürüb.

Həmçinin oxuyun

Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür

2016-cı il aprelin birindən ikisinə keçən gecə  Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan …