Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Siyasət / Milli Qəhrəmanın ailəsi İTV-yə təşəkkür etdi

Milli Qəhrəmanın ailəsi İTV-yə təşəkkür etdi

Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Kazım Ərşad oğlunun ailəsi İctimai Televiziyanın rəhbərliyinə təşəkkür edib. Trend-ə daxil olan minnətdarlıq məktubunda Mill Qəhrəman K.Məmmədova həsr olunan filmin çəkilməsinə görə, Məmmədovlar ailəsi adından İTV rəhbərliyinə minnətdarlıq edilir.

Məktubda qeyd olunur ki, Milli Qəhrəman Məmmədov Kazım Ərşad oğlu haqqında belə maraqlı, təsirli və məzmunlu bir filmin hazırlanmasına göstərdiyiniz köməyə və təşkilatçılığa görə, Məmmədovlar ailəsi adından Sizə səmimi qəlbdən təşəkkür edirik: “Hörmətli Cəmil müəllim, sizin bir şəhid atasının xahişinə belə diqqət yetirməyiniz və bu istəyin müsbət həll olunmasına müdaxilə etməyiniz məni çox sevindirdi”.

Bu addımın şəhidlərin ruhuna dərin hörmətin bir təzahürü kimi qiymətləndirən Milli Qəhrəmanın ailəsi filmin ərsəyə gəlməsinin torpaq uğrunda canlarını verən oğulların ailələri üçün iftixar doğuran və təsəlli verici bir hiss olduğunu qeyd edib: “Bu həm də Şəhidlərə – öz canlarını Vətən torpağı üçün qurban vermişlərə, onların işıqlı xatirələrinə ən böyük hörmət və ehtiramdır”.

Həmçinin oxuyun

“Şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq” – Hikmət Hacıyev

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 …

Bir cavab yazın