Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Milli Qəhrəman anası Əli İnsanov barədə elə sözlər dedi ki…

Milli Qəhrəman anası Əli İnsanov barədə elə sözlər dedi ki…

Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova “Haqq Ədalət Partiyası”nın təşkilat komitəsinin üzvü kimi adının hallandırılmasına etiraz edib.

Axar.az xəbər verir ki, bu barədə Q.Budaqovanın bəyanatında bildirilib:

“Mən Qalibə Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm.

Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar.”

Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov “Haqq və Ədalət Partiyası” yaratmaqla bağlı təşəbbüs irəli sürüb və Qalibə Budaqovanın da həmin “partiya”nın təşkilat komitəsinin üzvü olduğunu bəyan edib.

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …