Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Martın 30-da keçiriləcək Milli Məclisin plenar iclasının gündəliyi məlum olub.
Bu barədə Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
Onun sözlərinə görə, gündəliyə 16 məsələ daxildir:
“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-nə dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında qanun layihəsidir.  “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanunna dəyişiklik edilməsi Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli qanunu ilə tətbiq edilmiş Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanuna dəyişiklik edilməsi barədə, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsdiq edilməsi haqqında qanuna dəyişiklik edilməsi və sairə.

Həmçinin oxuyun

İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar – TƏHLİL

Mayın 10-da Prezident İlham Əliyevin iş qrafiki kifayət qədər gərgin idi, ölkə başçısının həm Naxçıvan …