Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Milli Məclisin deputatları ABŞ-a gedir

Milli Məclisin deputatları ABŞ-a gedir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadə martın 23-də ABŞ-ın paytaxtı Vaşınqton şəhərinə səfər edəcəklər.

Bu barədə ONA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, deputatlarımız ABŞ Konqresində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, digər məsələlərlə bağlı müzakirələr aparacaq, qanun yaradıcılığı sahəsində təcrübələrini bölüşəcəklər.

Səfər martın 30-da başa çatacaq.

Həmçinin oxuyun

İranla qucaqlaşan İrəvan indi Tehrana güllə atır – ŞƏRH

Ermənistan, deyəsən, havalanıb. Düşmənin silahlı qüvvələri başını o dərəcədə itirib ki, dünənə qədər can-ciyər dediyi, …