Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Milli Məclisdə Zeynəb Xanlarovaya xəbərdarlıq edildi

Milli Məclisdə Zeynəb Xanlarovaya xəbərdarlıq edildi

Bu gün Milli Məclisin Mədəniyyət Komitəsinin ilk iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda çıxış edən komitənin yeni sədri Rafael Hüseynov qurumun üzvü olan deputatları nizam-intizam qaydalarına riayət etməyə çağırıb, qaydaları pozanlar haqqında isə ciddi tədbirlər görüləcəyini bildirib.

“Komitənin işinin pozulması Milli Məclisin fəaliyyətinin pozulması deməkdir. Ona görə də bu gün komitənin iclasında iştirak etməyən üzvlərə xəbərdarlıq edin ki, gələn dəfə eyni hal təkrarlansa, parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şəkildə müraciət edəcəyik”.

R.Hüseynov qeyd edib ki, komitənin bu gün keçirilən iclasında deputatlardan Ülviyyə Həmzəyeva və Zeynəb Xanlarova iştirak etmir: “Ülviyyə xanım Naxçıvandan olan rəssam xanımdır. Komitə katibliyi Ülviyyə Həmzəyevaya zəng edərək iclasa gəlməyinin vacibliyini bildirib. O isə işi olduğuna görə iclasa qatıla bilməyəcəyini deyib. İnsanın həyatında Milli Məclisə seçilməkdən şərəfli bir iş yoxdur. Bundan vacib sizin üçün nə iş ola bilər?! Ona görə də xahiş edirəm ki, gələn dəfə gəlməyənlər haqqında ciddi tədbirlər görülsün. Zeynəb Xanlarovanı da hər kəsdən əvvəl tanıyıram. O mədəniyyətimiz üçün mühüm işlər görüb və çox gərəkli insandır. Zəynəb xanım da iclasda iştirak etsin və öz məsləhətləri ilə komitənin işinin inkişafına töhfəsini versin”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın