Çərşənbə , İyun 26 2019
Ana səhifə / Siyasət / Milli Məclisdə azərbaycanca danışdı – Alqışlandı +Fotolar

Milli Məclisdə azərbaycanca danışdı – Alqışlandı +Fotolar

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclasına qatılan TBMM sədri Binəli Yıldırımın çıxışı alqışlarla qarşılanıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdə Yıldırım çıxışının ilk hissəsində Azərbaycan türkcəsində danışıb:

“Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Birlikdə ağlar, birlikdə gülərik. Ümidlərimiz, xəyallarımız və ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtədə birləşir. Azərbaycanda soyuq olsa, biz üşüyərik. Azərbaycana soyuq olsa, biz xəstələnərik. Biz əcnəbi dövlətlərin adını sayanda Azərbaycanı oraya daxil etmirik”.

TBMM sədi parlament üzvlərinə səslənərək özünü onların hüzurunda Milli Məclisin üzvü kimi hiss etdiyini deyib. Daha sonra Binəli Yıldırım Azərbaycan dövlət başçısı İlham Əliyevlə bir araya gəlib.



Həmçinin oxuyun

Pakistan prezidenti azərbaycanlı səfirlə Qarabağı müzakirə edib

Pakistan Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəni qəbul edib.  Qəbula görə təşəkkürünü …